Icma.az
close
up
RU
Fuad Hüseynəliyev: Fransada bugünkü siyasi böhran Makronun yanlış idarəçiliyinin nəticəsidir

Fuad Hüseynəliyev: Fransada bugünkü siyasi böhran Makronun yanlış idarəçiliyinin nəticəsidir

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Fransada bugünkü siyasi böhran Prezident Emmanuel Makronun yanlış idarəçiliyi və yanlış qərarlarının nəticəsidir.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, Makronun bu cür siyasəti Fransa vətəndaşları arasında getdikcə daha çox narazılıq yaradıb və bu, yayda Avropa Parlamentinə keçirilən seçkilərin nəticələrində də özünü göstərib.

“Məhz elə belə gedişata görə Makron Fransa parlamentini yenidən formatlaşdırmaq qərarına gəldi və növbədənkənar seçkilər təyin etdi. Amma o, inandıra bilmədi. Faktiki olaraq parlamentdə üç əsas siyasi qüvvə – ultrasağçılar, ultrasolçular və Makronun özünün partiyası yer aldı, ancaq hökuməti parlament azlığı formalaşdırdı”, - Hüseynəliyev bildirib.

Agentliyin direktoru xatırladıb ki, dekabrın 4-də Fransa parlamenti son 62 ildə ilk dəfə hökumətə etimadsızlıq votumu verib. “Bu məqsədlə hətta ultrasağ və ultrasol partiyalar da birləşdilər. Fransa tarixində heç vaxt baş verməyən hadisə yaşandı. Makron iki tamamilə fərqli qüvvəni ortaq məxrəcə gətirməyi bacardı”, - o vurğulayıb.

Hüseynəliyev onu da qeyd edib ki, Makron indi hakimiyyətdən bərk-bərk yapışıb, ona qarşı yönələn heç bir tənqidi qəbul etmir və yalnız məhdud sayda olan yaxın çevrəsi ilə məsləhətləşir və bütün bunları yerli mətbuatda dərc olunan məqalələr sübut edir.

Onun sözlərinə görə, hazırkı şərait onu göstərir ki, Makron, çox güman, səlahiyyət müddətinin sonuna qədər postunu saxlaya bilməyəcək.

“Fransa hökumətinin istefası hələ ilk siqnaldır, yeni hökumətə kimin rəhbərlik edəcəyi hələ məlum deyil. Yeni hökumətin nə qədər davamlı olacağı da böyük sual doğurur. Son hökumət Beşinci Respublikanın tarixində ən qısaömürlü hökumət oldu. O, hakimiyyətdə cəmi üç ay davam gətirə bildi.

Bütün bunların fonunda Makronun reytinqi sürətlə azalmağa davam edir. Son rəy sorğularına görə, fransızların 56 %-i Makronun istefasını dəstəkləyir. Belə şəraitdə daha iki il dözmək isə çox çətin olacaq”, - F.Hüseynəliyev vurğulayıb.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://report.az
archiveBu xəbər 09 Dekabr 2024 20:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri