Icma.az
close
up
RU
Fuad Hüseynəliyev: Təhsil pərdəsi altında ölkəmizə müxtəlif dini qruplaşmalar daxil ola bilərlər

Fuad Hüseynəliyev: Təhsil pərdəsi altında ölkəmizə müxtəlif dini qruplaşmalar daxil ola bilərlər

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bu gün Azərbaycan etiqad azadlığının, multikultural dəyərlərin ən yüksək səviyyədə təmin olunduğu dünyəvi dövlətlərdəndir".

Oxu.Az-ın Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Report İnformasiya Agentliyi" MMC-nin direktoru və Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının üzvü Fuad Hüseynəliyev "Müasir informasiya məkanı və dini etiqad azadlığı" mövzusunda keçirilən konfrans çərçivəsində təşkil olunan "Din-media münasibətləri: yeni hədəf və çağırışlar" adlı panel sessiyada çıxışı zamanı deyib.

O qeyd edib ki, tolerantlığın doğurduğu çağırışlar da var ki, onları diqqətdən qaçırmaq olmaz:

"Bir çox hallarda kənar qüvvələr din faktorundan bu və ya digər dövlətə, cəmiyyətə təsir, bəzən isə təzyiq üçün istifadə edə bilirlər".

F.Hüseynəliyev qeyd edib ki, sosial medianın gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi də bəzən dini mövzularda arzuolunmaz məlumatların daha sürətlə yayılmasına səbəb ola bilir:

"Təhsil və ya xeyriyyəçilik pərdəsi altında Azərbaycana müxtəlif dini qruplaşmalar daxil ola bilərlər. Həmin qruplaşmalar tərəfindən müxtəlif dini sektalar yarana, gənclər bu sektalara, hətta bəzi hallarda terror təşkilatlarına da cəlb edilə bilirlər. Hər hansı ciddi təhdid olduqda, müvafiq qurumlar bunun qarşısını yüksək peşəkarlıqla alır və bu baxımdan Azərbaycan ən güvənli ölkələrdən biridir.

Qeyri-leqal dini təbliğat isə fərqli adlar altında aparılır".

F.Hüseynəliyev onu da diqqətə çatdırıb ki, bəzən ən məsum formanın arxasında mahiyyətcə dini radikalizm dayana bilər:

"Belə halların aşkarlanmasında və təbliğ olunmamasında medianın rolu böyükdür.

Bunun üçün də dini mövzuları işıqlandıran jurnalistlərin özləri bu sahəni daha yaxşı bilməli, iqtisadi, idman, mədəniyyət jurnalistləri kimi dini jurnalistika da ixtisaslaşmış olmalıdır."

Qeyd edək ki, tədbirin media tərəfdaşları "Global Media Group" və şirkətə daxil olan Oxu.Az, Report.az, Caliber.az, Media.az, Baku.ws və PhotoStock.az saytları, Baku TV telekanalıdır.

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 İyul 2025 00:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri