Icma.az
close
up
RU
Fuad Hüseynəliyev: Paşinyan əhalini konstitusiya dəyişikliklərinin zəruriliyinə inandırmalıdır

Fuad Hüseynəliyev: Paşinyan əhalini konstitusiya dəyişikliklərinin zəruriliyinə inandırmalıdır

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq istəyirsə, konstitusiyaya dəyişikliklər etməlidir".

Oxu.Az xəbər verir ki, bu barədə "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalının efirində bildirib.

"Ermənistanın baş naziri Nikol Paşinyan vaxtaşırı Ermənistan Konstitusiya Məhkəməsinin ölkə Konstitusiyasında Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını bildirən müəyyən qərarına istinad edir. Lakin konstitusiya Müstəqillik Bəyannaməsinə istinad edir, orada isə belə iddialar mövcuddur. Bu, təbii ki, Azərbaycan tərəfində etimad doğurmur", - F.Hüseynəliyev qeyd edib.

O vurğulayıb ki, Paşinyan və onun komandası ölkə əhalisini konstitusiya dəyişikliklərinin zəruriliyinə inandırmalıdır.

F.Hüseynəliyevin sözlərinə görə, Ermənistanın növbəti hökuməti revanşist əhvali-ruhiyyədə olarsa, konstitusiyanın dəyişdirilməsi ona sülh müqaviləsini ləğv etməyə və Azərbaycana qarşı yenidən ərazi iddiaları irəli sürməyə imkan verməyəcək.

Agentliyin direktoru vurğulayıb ki, Ermənistanda keçmiş prezidentlər Serj Sarqsyan, Robert Koçaryan və Levon Ter-Petrosyan kimi aparıcı siyasi xadimlərin ətrafında revanşist qüvvələr xeyli fəallaşıb. Onun fikrincə, buna baxmayaraq, Ermənistanda sülh əhvali-ruhiyyəsində olan kifayət qədər çox insan var.

"Düşünürəm ki, Ermənistan cəmiyyətində konstitusiya dəyişikliklərini istəyən kifayət qədər insan var. Əhalinin dəyişikliklərə səs verməyə hazır olub-olmaması isə Paşinyan hökumətinin bu dəyişikliklər nəticəsində yaranacaq üstünlükləri necə təqdim və nümayiş edəcəyindən asılı olacaq", - o bildirib.

F.Hüseynəliyev bildirib ki, Paşinyanın siyasəti ziddiyyətlər və məntiqsizliklərlə doludur. Problemli mövzulardan biri ATƏT-in Minsk qrupunun gələcəyidir:

"Paşinyanın sülh sazişi imzalandıqdan sonra Minsk qrupunun ləğv edilməsinin zəruri olduğu barədə son bəyanatı şərt kimi görünür".

O xatırladıb ki, Minsk qrupu "Dağlıq Qarabağ münaqişəsi" çərçivəsində yaradılıb:

"Lakin belə bir məsələ artıq mövcud deyil. Minsk qrupunun mandatı yalnız bu məsələ ilə məhdudlaşırdı ki, bu da artıq aktual deyil".

F.Hüseynəliyev əlavə edib ki, sülh sazişinin imzalanması prosesinə Fransa kimi üçüncü qüvvələr də müdaxilə edirlər. Onun fikrincə, Paris Cənubi Qafqazda vəziyyətin normallaşmasını Fransanın daxili siyasətinə təsir göstərən geosiyasi təhdid kimi görür.

"Əsas sual ondan ibarətdir ki, Ermənistan Azərbaycanla sülh prosesinə Fransanın mənfi təsir göstərməsinin qarşısını almaq üçün nə qədər məntiqli davranacaq", - o, fikrini yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Aprel 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri