Icma.az
close
up
RU
Fuad Muradov Praqada sərginin açılışında iştirak edib FOTOLAR

Fuad Muradov Praqada sərginin açılışında iştirak edib FOTOLAR

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Praqa Azərbaycan Mədəniyyət Evində “İki gözəllik harmoniyası: Azərbaycan xalçası və Çex kristalı” adlı sərginin açılışı olub.

"Unikal" xəbər verir ki, sərgi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Azərxalça” ASC və Praqada fəaliyyət göstərən “Halama” Çex Kristal şirkətinin təşkilatçılığı ilə baş tutub.

Sərgidə Azərbaycanın dünyaca məşhur, zəngin mədəni, milli-mənəvi sərvətimiz olan xalça nümunələri və “Halama”nın Çexiya əl şüşə sənətinə məxsus maraqlı əsərləri nümayiş olunur.

Tədbirdə Çex Respublikası Hökumətinin və Parlamentinin üzvləri, Çexiyadakı diplomatik nümayəndəliklərin rəhbərləri, Çexiyadakı Azərbaycan icmasının üzvləri, yerli ictimaiyyətin və yerli mətbuatın nümayəndələri iştirak edib.

“Natəvan” Cəmiyyətinin sədri, Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru, Praqa Azərbaycan Mədəniyyət Evinin rəhbəri, sərginin ideya müəllifi Leyla Begim Cəfərova sərgi barədə ətraflı məlumat verib, bu məzmunun həm Azərbaycan, həm də Çexiya tərəfindən dərhal dəstəklənməsindən məmnunluğunu ifadə edib. Qeyd edib ki: “Xalça xalqımız üçün böyük tarixi keçmişə malik, əsrlərdir dəyişilməyən və inkişaf edən çox qiymətli mənəvi irsdir. Dünyada şöhrət qazanan Çex büllur sənəti nümunələri ilə qədim xalçalarımızın bir arada nümayişi mədəni harmoniyanın ən gözəl əksidir”.

“İki gözəllik harmoniyası: Azərbaycan xalçası və Çex kristalı” sərgisinin əhəmiyyətindən danışan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov qədim tarixə malik milli xalçaçılıq sənəti və Azərbaycandakı xalçaçılıq məktəbləri barədə geniş məlumat verib. Xüsusilə Qarabağ, Qazax, Naxçıvan, Şirvan məktəblərinin yaranmasından və bu sənətə verdiyi qiymətli nümunələrdən söz açıb. O, bildirib ki: “Praqa Azərbaycan Mədəniyyət Evində təşkil olunan sərgi xalçaçılıq sənətimizin Avropada tanıdılması üçün böyük fürsətlər yaradır”.  

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov mədəniyyətin insanlar və xalqlar arasındakı əlaqələri möhkəmləndirdiyinə diqqət çəkib, xaricdəki Azərbaycan Evlərinin bu sahəyə verdiyi töhfələrdən danışıb: “Sənət sərhəd tanımır və sənətlə, zəngin tariximizlə bağlı olan bu mühüm tədbir ənənələri müasir istiqamətlərdə yaşatmağın, xalqlarımız arasında mədəni mübadilənin dərinləşməsinin bariz nümunəsidir. Cənab Prezidentin tapşırıqları əsasında xaricdə fəaliyyət göstərən Azərbaycan Evlərinin hər birində ana dilinin tədrisi ilə yanaşı, tarix və mədəniyyətimizin də geniş təbliği həyata keçirilir. Azərbaycan Evləri təkcə soydaşlarımız üçün deyil, həm də yerli əhali üçün mədəni mərkəz rolunu oynayır, xalqlar və dövlətlər arasında birliyin daha da möhkəmlənməsinə şərait yaradır. Bu mənada bugünkü sərginin Azərbaycan Evində keçirilməsinin əhəmiyyəti böyükdür”.

Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev çıxışında bildirib ki: “Bu sərgini iki xalqın qiymətli sənət nümunələrinin harmoniyasının yaradılması baxımından yüksək qiymətləndirirəm”.

“Halama” Çex Kristal Şirkətinin rəhbəri Robert Halama rəhbəri olduğu şirkətin fəaliyyəti barədə danışıb, Azərbaycan və Çexiyanın qədim mədəniyyətlərinə diqqət çəkib, sərginin mədəniyyətlərarası inkişafa əvəzsiz töhfələr verəcəyini vurğulayıb.

Sərginin kolleksiyasına müxtəlif ölçülü, fərqli xalçaçılıq məktəblərinə aid həm müasir, həm də klassik üslubda toxunmuş 11 yun xalça daxildir. Həmin tarixi sənət nümunələri, eləcə də Çex büllurları izləyənləri heyran edib.

Açılış mərasimində Azərbaycan xalçaçılıq sənəti, Çex büllurları və diaspor fəaliyyəti mövzusunda videoçarxlar nümayiş olunub. 

Sərgi mədəni hissə ilə davam edib.  2020-ci ildə Çexiyada “İlin adamı” seçilən istedadlı musiqiçi Canel Nəcəflinin, fleyta ifaçısı Hana Jıtnıkovanın ifasında səslənən Azərbaycan və Çex musiqiləri zövqləri oxşayıb.

“İki gözəllik harmoniyası: Azərbaycan xalçası və Çex kristalı” adlı sərgi bir ay davam edəcək. Praqa Azərbaycan Mədəniyyət Evinin qapıları hər kəsin üzünə açıqdır, soydaşlarımız, yerli sakinlər və şəhərin qonaqları bu əsrarəngiz sərgiyə tamaşa edə bilərlər.

Qeyd edək ki, Praqa Azərbaycan Evi 2024-cü il noyabrın 6-da açılıb və fəaliyyətə başladığı gündən burada təşkil olunan saysız-hesabsız tədbirlər Çex Respublikasındakı Azərbaycan icmasının və yerli cəmiyyətin əlaqələrinin inkişafında böyük rol oynayıb.

Hazırda 18 ölkədə 29 Azərbaycan Evi fəaliyyət göstərir, həmin evlər soydaşlarımızın tarix və mədəniyyətimizi, ana dilimizi öyrənmələrində, eləcə də diasporla yerli cəmiyyətlərin əlaqələrinin intensivləşməsində xüsusi rola malikdir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 Fevral 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri