Icma.az
close
up
RU
Fuad Muradov Yaponiyada görüşlər keçirib FOTOLAR

Fuad Muradov Yaponiyada görüşlər keçirib FOTOLAR

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yaponiyaya səfəri çərçivəsində Yamato Universitetinin rektoru və tələbə-müəllim heyəti ilə görüşüb.

Gununsesi.info  xəbər verir ki, universitetin rektoru Şinji Matsumoto ilə görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin yaranma tarixi, fəaliyyət istiqamətləri və həyata keçirdiyi genişmiqyaslı layihələr barədə ətraflı məlumat verilib. Eyni zamanda universitetlə əməkdaşlıq imkanları müzakirə olunub və azərbaycanlı gənclərin Yaponiyada təhsilə böyük maraq göstərdikləri diqqətə çatdırılıb.

Yamato Universitetinin rektoru Şinji Matsumoto qonaqları səmimi salamlayaraq, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi, fəaliyyəti və tədris prosesi barədə danışıb. O, azərbaycanlı tələbələrin rəhbərlik etdiyi universitetdə təhsil almağa artan marağını müsbət qiymətləndirib.

Daha sonra universitetin tələbələrinə ölkəmizin müstəqillik tarixi, regiondakı mövqeyi və dövlətimizin müasir inkişaf mərhələləri ilə bağlı ətraflı məlumat verilib. Komitə sədri tələbələr qarşısında Azərbaycanın müstəqillik tarixi, qabaqcıl ictimai-siyasi dəyərlərə sadiqliyi, demokratiya və zəngin multikultural ənənələrə malik olması barədə dolğun faktlar əsasında məruzə ilə çıxış edib.

Yapon tələbələr uzun illər işğal altında olan torpaqlarımızda suverenliyimizin bərpa olunması, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında sülh sazişinə yönələn görüşün təşkili və digər mühüm tarixi-siyasi hadisələrlə bağlı təqdimatı maraqla izləyiblər.

Daha sonra azad Şuşada səsləndirilən və Xalq artist, maestro Yalçın Adıgözəlovun dirijorluq etdiyi konsertdə ifa olunan “Qarabağ şikəstəsi” nümayiş olunub. Tələbələr “Qarabağ şikəstəsi”ni və onlarla görüşdə iştirak edən maestronu alqışlarla qarşılayıblar.

Universitetdə görüş fikir mübadiləsinin aparılması və tələbələrin suallarının cavablandırılması ilə davam edib.

Sonda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr edilən bir sıra kitablar Yamato Universitetinin kitabxanasına hədiyyə olunub.

Gununsesi.info 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Oktyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri