Icma.az
close
up
RU
Fuad Muradov Vaşinqtonda Azərbaycan icmasının üzvləri ilə görüşüb

Fuad Muradov Vaşinqtonda Azərbaycan icmasının üzvləri ilə görüşüb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vaşinqton, 23 avqust, AZƏRTAC

ABŞ-də səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və komitənin əməkdaşları Vaşinqtonda Azərbaycan icmasının üzvləri ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, görüşdə Vaşinqton və ətraf ərazilərlə yanaşı, ABŞ-nin müxtəlif ştatlarından gələn fəal diaspor nümayəndələri və gənclər iştirak ediblər. Tədbir Azərbaycan və ABŞ-nin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Həmçinin İkinci Qarabağ müharibəsi və xaricdə yaşayan azərbaycanlıların həmin dövrdəki fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Görüşdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan diasporunun institusional inkişafının, icmalar arasında koordinasiyanın gücləndirilməsinin və azərbaycançılıq ideyasının təşviqinin əsas prioritetlərdən olduğunu bildirib. O qeyd edib ki, son illərdə xaricdə Azərbaycan evlərinin, həftəsonu məktəblərinin və müxtəlif diaspor platformalarının sayı artıb, gənclərin diaspor fəaliyyətinə daha fəal cəlb olunması istiqamətində proqramlar həyata keçirilir.

Komitə sədri ABŞ-də Azərbaycan icmasının təşkilatlanması və ABŞ-Azərbaycan Alyansının formalaşmasını müsbət qiymətləndirərək icma üzvlərini bu platforma ətrafında daha fəal əməkdaşlığa çağırıb. Fuad Muradov bildirib ki, diaspor fəaliyyətində məlumatlandırma kampaniyaları ilə yanaşı, hazırda elmi konfransların, forumların, sərgilərin keçirilməsinə, nəşrlərin və müxtəlif peşəkar şəbəkələrin yaradılmasına daha çox diqqət ayrılır. O, xaricdə yaşayan azərbaycanlıların təşəbbüslərinin, xüsusilə gəncləri və müxtəlif peşə sahiblərini bir araya gətirən layihələrin bundan sonra da dəstəklənəcəyini vurğulayıb.

Tədbir çərçivəsində Fuad Muradov “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunmuş icma üzvləri Sevda Tahirli və Elmar Bayramova medalları təqdim edib.

Daha sonra ABŞ-nin müxtəlif şəhər və ştatlarından gələn diaspor nümayəndələrinin və gənclərin çıxışları dinlənilib. Gənclərin yeni layihə və təşəbbüsləri təqdim olunub, onların məqsədləri və icma üçün əhəmiyyəti barədə məlumat verilib. Eyni zamanda, gələcək fəaliyyət istiqamətləri və nəzərdə tutulan planlar ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Fuad Muradov diaspor nümayəndələrinin suallarını cavablandırıb, onların təklif və fikirlərini dinləyib. İcma üzvlərini maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Avqust 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri