Icma.az
close
up
RU
Fuad Muradov İzmir valisi ilə görüşüb

Fuad Muradov İzmir valisi ilə görüşüb

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyəyə səfəri çərçivəsində İzmir valisi Süleyman Elbanla görüşüb.

XQ xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Türkiyədə Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov iştirak edib. Müzakirələr zamanı Azərbaycanla Türkiyə arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından danışılıb, İzmirdə yaşayan azərbaycanlıların diaspor fəaliyyəti, cəmiyyətə inteqrasiyası, təhsil və iş imkanları,  həmçinin mədəni əməkdaşlıq və ictimai diplomatiya istiqamətlərində birgə təşəbbüslərin artırılması diqqət mərkəzinə gətirilib. 

Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasətindən bəhs edərək dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanmasının, milli-mədəni kimliyinin qorunmasının və yaşadıqları cəmiyyətlərə daha fəal inteqrasiyasının dövlət üçün prioritet olduğunu vurğulayıb, Türkiyənin müxtəlif şəhərlərində yaşayan azərbaycanlıların yerli qurumlarla əməkdaşlığının vacibliyini dilə gətirib. Bildirib ki, Azərbaycanla Türkiyə arasında mövcud olan “bir millət, iki dövlət” prinsipi təkcə siyasi münasibətlərdə deyil, həm də diaspor sahəsində əməkdaşlıqda özünü aydın şəkildə göstərir.

Vali öz növbəsində Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini, İzmirdəki Azərbaycan icması ilə əməkdaşlığın genişləndirilməsinə, təhsil, məşğulluq və bir sıra digər sahələrdəki layihələrə dəstək verməyə hazır olduğunu ifadə edib.

Görüşdə əməkdaşlığın perspektivləri geniş  müzakirə olunub, ortaq mədəni və ictimai tədbirlərin təşkili, diaspor təşkilatları ilə yerli idarəetmə qurumları arasında əlaqələrin gücləndirilməsi, gənclərin və tələbələrin layihələrə cəlb olunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər əminliklə bildiriblər ki, qurumlar arasında əməkdaşlığın möhkəmləndirilməsi həm Azərbaycan–Türkiyə dostluğuna, həm də İzmirdəki Azərbaycan icmasının fəaliyyətinin daha da inkişafına töhfə verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Mart 2026 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri