Fuad Nəcəflidən Naxçıvanın keçmiş rəhbərliyinə: Həmin YARITMAZLAR... ŞOK İDDİALAR
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Martın 18-də Ordubad şəhərində yerləşən XVII əsrə aid Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib.
Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət, hökumət və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Fuad Nəcəfli bir sıra önəmli nüanslara toxunub. Belə ki, Prezidentin səlahiyyətli nümayəndəsi çıxışı zamanı Naxçıvanın əvvəlki idarəçiliyini yarıtmaz fəaliyyət göstərdiklərinə görə qınayıb.
O qeyd edib ki, Naxçıvanın əvvəlki idarəçiliyinin yarıtmaz fəaliyyəti nəticəsində bir sıra tarixi-mədəni abidələrin, o cümlədən Qarabağlar, Gülüstan türbələrinin, Zaviyə, Cümə məscidlərinin tarixi əhəmiyyətinə ciddi zərər dəyib:
"Azərbaycan tarixində, mədəniyyətində heç bir təcrübəsi olmayan şirkətlərin apardığı “restavrasiya” nəticəsində abidələr ilkin formasını tamamilə itirib",- deyə F.Nəcəfli əlavə edib.
Bildirək ki, çıxış zamanı Ordubad şəhərinin Baş planının hazırlanması və digər məsələlərə toxunulub.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 18 Mart 2025 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















