Icma.az
close
up
RU
Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu mövzuda yazmaq istəməzdim, amma bəzən susmaq da olmur. İndiki dövrdə heç kimin işini itirməsini, çörəksiz qalmasını arzulamaram. Lakin dövlətçiliklə hansısa fərdlərin maraqları arasında seçim etmək məqamı gələndə, hər bir normal və vicdanlı vətəndaş dövlətin yanında olmalıdır.

Axar.az Bakupost.az-a istindla xəbər verir ki, bunu 5 oktyabr 2023-cü ildən 26 sentyabr 2024-cü ilədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr səlahiyyətlərini icra edən Anar İbrahimov bildirib.

"Naxçıvandakı nümayəndəliyin əməkdaşlarının işdən uzaqlaşdırılması xəbərini elə təqdim edirlər ki, sanki hərəsi öz sahəsində bir Nobel mükafatı alıb, fantastik nəticələr əldə edib, qurub-yaradıb... Sadəcə biz – Naxçıvan camaatı o qədər kor-koranə yaşamışıq ki, bu "dahilərin" qədrini bilməmişik, fərqinə varmamışıq.

Birincisi, bunları ordan-burdan yığıb Naxçıvana gətirən keçmiş nümayəndə haqqında cənab Prezident öz sözünü qəti şəkildə deyib. Kimə çatmayıbsa, buyurub həmin müsahibəyə bir daha baxsın. Hələ media və kuluarlarda dolaşan cinayət işlərini, digər ciddi məsələləri demirəm.

İkincisi, bu "kadrların" seçimi də başından problemli idi. Onların Naxçıvana göndərilməsində dövlətçilik və meritokratik prinsiplər deyil, "Şölə xanımın" şəxsi siyahısı rol oynamışdı. Maraqlananlar gedib o xanımdan soruşsunlar ki, görək bu kadrları hansı meyar və göstəricilərə görə seçib bura doldurmuşdu?

Naxçıvan qədim diyardır, çox sınaqlardan keçib, amma bu qədər traqikomik idarəetmə təcrübəsi görməmişdi. Bunları demək çətindir, amma susmaq da günahdır.

Yaxşı xatırlayıram, Ali Məclisə qısa müddət rəhbərlik etdiyim dövrdə bir gün foyedə, Ulu Öndərin büstünün qarşısında yay şortunda və şapşaplarla gəzən birini gördüm. Saxlayıb soruşdum ki, bu nə rəzalətdir, bu nə görkəmdir?! Bura dövlət idarəsidir, parlamentdir! Hər şeyi bir kənara qoyaq, bu binada Heydər Əliyev işləyib, Naxçıvanı qoruyub, camaat buranı özünə ümid yeri bilib.

Məlum oldu ki, həmin şəxs Səlahiyyətli Nümayəndəliyin əməkdaşıdır. Amma bu sözlər onun üçün tamamilə boş və mənasız görünürdü. Zatən bunu dərk etsəydi, həmin licimdə dövlət binasına ayaq qoymazdı.

Dövlətdə işləmək, insanlarla təmasda olmaq üçün gərək müəyyən bir məktəb keçəsən, yol gələsən. Ən əsası, işlədiyin yeri, yurdu özünə müvəqqəti qazanc və əyləncə yeri yox, Vətən biləsən!

Ceyhun müəllimin işi isə həqiqətən çox ağırdır. O da Naxçıvanda həmin "dahilərlə" birgə işlədiyi üçün vəziyyəti daxildən yaxşı bilir. Amma nəyin bahasına olursa-olsun, kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!

Kökü xarab olan, quruyan ağacı budamazlar – bunun heç bir xeyri yoxdur, bütün budaqları onsuz da eyni gündədir. Belə ağacı ən yaxşısı elə dibindən kəsib atmaqdır", - Anar İbrahimov qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://axar.az
archiveBu xəbər 18 İyul 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri