Icma.az
close
up
RU
Fuad Nəsirov: Yaradıcılığımın əsas xətti emosiya və milli motivlərdir

Fuad Nəsirov: Yaradıcılığımın əsas xətti emosiya və milli motivlərdir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 13 fevral, Gülay Nəzərova, AZƏRTAC

Bəzən sənət təsadüfdən başlayır, lakin zaman keçdikcə insanın daxili ehtiyacına çevrilir. Mənim yaradıcılıq yolum da məhz belə başladı.

Təxminən 7-8 il əvvəl eskizlər çəkməyə başladım. Sənətə olan marağım ilkin mərhələdə tarixi mövzulara, xüsusilə qədim silahlar və ornamentlərə yönəlmişdi. Araşdırmalar apardıqca bu sahə məni daha dərindən cəlb etdi və oxuduqlarım tədricən vizual ifadə formasını aldı. İlk vaxtlar kiçik ölçülü işlər üzərində çalışırdım. Daha sonra isə avanqard və abstrakt üslubda işləməyə başladım.

Bunu AZƏRTAC-a müsahibəsində rəssam Fuad Nəsirov deyib.

O qeyd edib ki, yaradıcılığının əsasını iki istiqamət təşkil edir: emosiya və Azərbaycan milli motivləri.

"Bu iki xətt mənim sənət dünyamın əsas dayağıdır. Xüsusilə xalça ornamentləri, milli naxışlar və Bakı–Abşeron memarlıq elementləri əsərlərimdə abstrakt formada ifadə olunur. Şəhər motivləri, qədim memarlıq üslubu və milli rəng palitrası işlərimin əsas vizual xəttini formalaşdırır", - deyə rəssam vurğulayıb.

O diqqətə çatdırıb ki, Azərbaycanın inkişaf yolu məhz kreativ sənayelərin inkişafından keçir. Milli irsimizi qorumaqla yanaşı, ona müasir baxış gətirmək vacibdir. Ənənəvi xalça ornamentlərini yeni interpretasiyada təqdim etmək, milli musiqini və mətbəxi müasir formada dünyaya tanıtmaq həm mədəniyyətimizin təbliği, həm də iqtisadi baxımdan dayanıqlı gəlir mənbəyi deməkdir.

"Fikrimcə, 10–15 illik perspektivdə inklüziv və kreativ inkişaf modeli Azərbaycana mühüm nailiyyətlər qazandıra bilər. Hər bir insan öz sahəsində yaradıcı yanaşma nümayiş etdirdikdə, həm fərdi uğur qazanır, həm də ümumi inkişaf prosesinə töhfə verir. Mən də bu yeni baxışın cəmiyyətə qazandırılması, inklüziv və yaradıcı düşüncə modelinin təşviqi istiqamətində öz töhfəmi verməyə çalışıram", - deyə F.Nəsirov diqqətə çatdırıb.

O vurğulayıb ki, Azərbaycan gəncliyi istedadlı, enerjili və yaradıcıdır. Bu potensialı düzgün istiqamətləndirmək və müasir yanaşmalarla inkişaf etdirmək əsas prioritetlərdən biri olmalıdır. Yenilikçi düşüncə tərzinin təşviqi, rəqəmsal bacarıqların artırılması və kreativ təşəbbüslərin dəstəklənməsi gənclərin həm yerli, həm də beynəlxalq mühitdə uğur qazanmasına geniş imkanlar aça bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:395
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Fevral 2026 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri