Icma.az
close
up
RU
Natiq Əliyev: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Natiq Əliyev: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

AZƏRTAC Xurşidbanu Natəvana həsr olunan silsilə yazıları davam etdirir

Bakı, 29 sentyabr, AZƏRTAC

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şairə Xurşidbanu Natəvanın obrazının monumental sənətdə təcəssümü Azərbaycan təsviri sənətində xüsusi yer tutur. Bakının mərkəzində, Azərbaycan Yazıçılar İttifaqının binasının fasadında, Natəvan Klubunun girişində yerləşdirilən barelyef də bu baxımdan diqqətçəkən sənət nümunələrindən biridir.

Barelyefin müəllifi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev əsərin yaranma tarixçəsi, kompozisiya həlli ilə bağlı AZƏRTAC-a açıqlamasında bildirib ki, bu iş onun yaradıcılıq fəaliyyətində xüsusi əhəmiyyət daşıyan layihələrdən biri olub.

“Gənc yaşlarımda ikən Azərbaycan Yazıçılar İttifaqı tərəfindən mənə müraciət olundu. Hazırladığım eskizləri onlara təqdim etdim və layihə bəyənildi. Daha sonra barelyef Yazıçılar İttifaqının binasının fasadında, Natəvan Klubunun giriş tərəfində quraşdırıldı”, – deyə Xalq rəssamı qeyd edib.

Onun sözlərinə görə, barelyefin açılış mərasimi də keçirilib. Həmin tədbirdə görkəmli şair Vaqif Səmədoğlu çıxış edib və rəssam üçün onunla görüşmək imkanı xüsusi xatirə kimi yadda qalıb.

“Mən o vaxt nisbətən gənc idim. Natəvanın barelyefini yaratmaq yaradıcılığımın ilk illərində mühüm əsərlərimdən biri oldu. Çünki bu əsər Bakıda, hər kəsin görəcəyi bir məkanda yerləşdiriləcəkdi”, – deyə Natiq Əliyev bildirib.

Rəssamın sözlərinə görə, əsər üzərində işləyərkən Natəvanın mövcud fotoşəkillərindən istifadə edib və obrazı həmin materiallar əsasında formalaşdırmağa çalışıb. İşin icrası üçün konkret vaxt məhdudiyyətinin qoyulmaması isə ona barelyef üzərində daha sərbəst və ətraflı işləmək imkanı yaradıb: “Çalışdım ki, barelyefdə Natəvanın obrazını açım və ona poetik çalarlar əlavə edim. Kompozisiyada onun əlində lələk təsvir etmişəm. Əslində, bu atribut qələm də ola bilərdi və tarixi baxımdan qələm daha doğru seçim sayılır. Lakin mən lələyi simvolik məna daşıyan bir element kimi istifadə etmişəm”, – deyə Xalq rəssamı vurğulayıb.

Kompozisiyanın digər mühüm elementi isə şamdandır. Rəssamın fikrincə, bu detal yazıçı və şair üçün səciyyəvi olan yaradıcı mühiti və poetik atmosferi ifadə edir. Lələk, şamdan və digər kompozisiya elementləri birlikdə Natəvanın yaradıcı dünyasını, poetik ruhunu və mənəvi aurasını canlandırmağa xidmət edir.

Natiq Əliyev bildirib ki, əsəri yaradarkən əsas məqsədi Natəvanı yalnız portret kimi təqdim etmək olmayıb: “Ümumilikdə istəyim Natəvanı yalnız portret kimi deyil, həm də yaradıcı insan obrazı və onun daxili aləmini əks etdirən bədii kompozisiya şəklində təqdim etmək idi”.

Beləliklə, barelyefdə Natəvanın zahiri portret cizgiləri ilə yanaşı, onun şair və yaradıcı şəxsiyyətini xarakterizə edən simvolik elementlər də ön plana çəkilib. Əsər bu xüsusiyyətləri ilə Azərbaycan ədəbiyyatının görkəmli simalarından birinin obrazının monumental sənətdə bədii ifadəsinə nümunə təşkil edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2026 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri