Fulhem Silva ilə yollarını ayırdı
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Fulhem" klubu baş məşqçi Marku Silva ilə yollarını ayırdığını rəsmən elan edib.
"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Biz təsdiq edə bilərik ki, Marku Silva bu yay vəzifəsini tərk edəcək. Onun 5 il davam edən fəaliyyəti uğurlu dövr olub", - deyə klubun açıqlamasında bildirilir.
48 yaşlı mütəxəssis 2021-ci ildə "Fulhem"ə baş məşqçi təyin olunmuşdu. O, komandanı Çempionşipdən İngiltərə Premyer Liqasına çıxarmış və sonrakı illərdə klubla orta sıralarda möhkəmlənmişdi.
Bundan əvvəl "Silva Everton", "Hall Siti", "Olympiakos" və s. klublarda çalışıb.
Mətbuatda yayılan məlumatlara görə, Silva Portuqaliyanın "Benfika" klubuna keçə bilər. Bu ehtimal Joze Mourinyonun "Real Madrid"ə mümkün keçidi ilə əlaqələndirilir.
Baxış sayı:106
Bu xəbər 02 İyun 2026 21:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















