Icma.az
close
up
RU
Fulya qəza ilə bağlı mühüm Video KONKRET

Fulya qəza ilə bağlı mühüm Video KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Türkiyə Müdafiə Nazirliyinə məxsus C-130 hərbi yük təyyarəsi Azərbaycan–Türkiyə marşrutu üzrə hərəkət edərkən Gürcüstanda qəzaya uğrayıb.

KONKRET.az Bakupost.az-a istinadən xəbər verir ki “CNN Türk”ün əməkdaşı Fulya Öztürk hadisə ilə bağlı detalları canlı yayımda təqdim edib.

“Təyyarə Azərbaycan hava məkanından havalandıqdan 1-1,5 saat sonra onunla əlaqə kəsilib. Təyyarə tam olaraq Azərbaycan hava məkanını tərk edərək Gürcüstan hava məkanına daxil olub və Tiflisə təxminən 100 km məsafədə təyyarə qəzaya uğrayıb. Hazırda hadisə yerində Gürcüstan rəsmiləri də fəaliyyət göstərir. Türkiyədən də heyətlər göndərilib. Təyyarənin qalıqları üzərində işlər başlanacaq.

Bu təyyarələr uzun illər Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunub, həm yük, həm də hərbi personalın daşınması üçün nəzərdə tutulub. Xüsusilə fövqəladə hallar və zəlzələ bölgələrində daşımalarda xüsusi rol oynayıb. C-130 ABŞ istehsalıdır, qısa və torpaq platformalardan qalxıb-enə bilir. Dayanıqlı və etibarlı olduğu üçün bir çox ölkə tərəfindən istifadə olunur. Türkiyədə Hərbi Hava Qüvvələrinin inventarında uzun müddətdir var və əsas yerləşdiyi baza Kayseri 12-ci Hava Nəqliyyat Üst Komandanlığıdır. Təyyarənin istiqaməti də təxminən Kayseri bazasına doğru idi”.

Fulya Öztürk bildirib ki, təyyarə 13:00-dan sonra havaya qalxıb və 1,5 saat sonra əlaqə kəsilib. Qəzaya səbəb olan dəqiq amillər hələ məlum deyil. Texniki nasazlıq, pilot xətası və ya hava şəraiti ilə bağlı suallar araşdırılır. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam edir və rəsmi açıqlama gözlənilir.

Qeyd edək ki, Türkiyə Müdafiə Nazirliyi verdiyi açıqlamada təyyarədə 20 nəfərin olduğunu bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Noyabr 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see237

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see227

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see225

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see220

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see215

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see209

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see207

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see204

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see204

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see203

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see199

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see197

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see194

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see194

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see194

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see193

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see193

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see192

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see191

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri