Futbol meydançasının örtüyü 1,4 milyon manata təmir olunacaq
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən idman kompleksinin futbol meydançasının örtüyü təmir ediləcək.
Bakıvaxtı.az xəbər verir ki, sözügedən işlərlə əlaqədar "Azəridmanservis" MMC ilə "Azin Construction" MMC ilə müqavilə imzalayıb.
Müqavilənin şərtlərinə əsasən "Azin Construction" MMC görəcəyi təmir işlərinin qarşılığında 1 milyon 383 min 352 manat alacaq.
Müvafiq işlərin görülməsinə bu ayın 17-dən start verilib, dekabr ayının sonuna qədər başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, " Azin Construction" MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan şirkətin qanuni təmsilçisi Orucov Orxan Alxan oğludur.
Baxış sayı:165
Bu xəbər 22 Sentyabr 2025 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















