Icma.az
close
up
RU
Kəbənin örtüyü dəyişdi FOTOLAR

Kəbənin örtüyü dəyişdi FOTOLAR

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kəbənin üst örtüyü yenilənib.

Yenisabah.az xəbər verir ki, Səudiyyə Ərəbistanında 1447-ci Hicri ilin başlanması ilə əlaqədar Kəbənin örtüyü dəyişdirilib.

Səudiyyə Ərəbistanının Məscidül-Həram və Məscidün-Nəbəvi işləri üzrə Baş İdarəsinin yaydığı məlumata görə, Kəbənin yeni örtüyünün dəyişdirilməsi prosesi ötən axşam 154 nəfərlik ixtisaslı heyət tərəfindən həyata keçirilib. Bildirilib ki, çəkisi 1415 kiloqram olan və 47 hissədən ibarət yeni kisvə (örtük) hazırlanıb. Bu proses üçün 825 kiloqram saf ipək, 180 kiloqram gümüş və qızıldan istifadə olunub. Kəbənin örtüyünün dəyişdirilməsi saatlarla davam edib.

Əvvəlki örtük isə zəmm-zəmm suyu ilə yuyulduqdan sonra İslam ölkələrində muzeylərdə sərgilənməsi üçün göndərilir.

Kəbənin üzərindəki kəmər hissəsində isə gümüş və qızıldan istifadə edilməklə Qurani-Kərim ayələri işlənib.

Qeyd edək ki, Kəbənin örtüyü Məkkədə yerləşən Kral Əbdüləziz Kisvə Kompleksində istehsal olunur. Kompleksdə təxminən 200 usta və inzibati işçi çalışır. Burada uzunluğu 16 metr olan və kompüterlə idarə edilən dünyanın ən böyük tikiş maşını fəaliyyət göstərir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı əvvəlcə Kəbənin örtüyünü hər il Zilhiccə ayının 9-cu günü, Arafə günü dəyişirdi. Lakin 2022-ci ildən bu qayda dəyişdirilərək, yeniləmə prosesi Hicri ilin ilk günü — Məhərrəm ayının 1-nə salınıb.

Rəvan Rzazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 İyun 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri