“Futbol sevgisi əngəl tanımır”
Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Neftçi” PFK-nın əsas komandası və “Neftçi” amputant komandası üzvlərinin iştirakı ilə yoldaşlıq görüşü təşkil olunub.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidnəti məlumat yayıb.
Bu qarşılaşmada əsas komanda üzvlərindən Emil Balayev, Rəhman Hacıyev, Rafael Quzzo, Murad Məmmədov, Alfa Konte, Rüstəm Samiqullin, Höccət Haqverdi, Yeqor Boqomolski, Ağadadaş Salyanski və Dembo Darbo meydana çıxıblar.
“Neftçi” Futbol Mərkəzində baş tutan oyun “Futbol sevgisi əngəl tanımır!” şüarı altında keçirilib və 3:3 hesabı ilə nəticələnib. Matçdan sonra kapitan Emil Balayev amputant komandasının kapitanına xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, “Neftçi” amputant komandası 2023-cü ildə “Neftçi” İdman Klubu İctimai Birliyinin tərkibində yaradılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 12 May 2026 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















