Icma.az
close
up
RU
Uğura gedən yol əngəl tanımır mövzusunda tədbir keçirilib

Uğura gedən yol əngəl tanımır mövzusunda tədbir keçirilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 10 sentyabr, AZƏRTAC

Xətai rayonundakı Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində "Uğura gedən yol əngəl tanımır" mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Sosial Xidmətlər Agentliyi, "Koxlear İmplantlı Şəxslərə" Sosial Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir koxlear implantlı uşaqların ifasında Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz, suverenliyimiz naminə canlarından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edənlər bu gün amfiteatrda fərqli formatda, insan qəlbindəki mərhəmət hisslərini oyadan tədbir keçirildiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, əsl qüsur fiziki və əqli cəhətdən məhdudiyyət deyil, o, insanın zehnində, həyata baxışlarında, düşüncələrində formalaşır və həmin şəxslər cəmiyyət üçün təhlükəli, zərərli olurlar. Bildirilib ki, bugünkü tədbirin həsr olunduğu fiziki cəhətdən məhdudiyyətli uşaqlar öz istedadları ilə parlaq gələcəklərini müəyyənləşdiriblər. Dövlətimizin həmin uşaqlarla bağlı kifayət qədər tədbirlər həyata keçirdiyi, onlara xüsusi diqqət və qayğı göstərildiyi vurğulanıb. Nəticədə onların həyata baxışında pozitiv meyillər yaranıb və istedadlarını göstərməkdən çəkinmirlər. Qeyd olunub ki, hər bir vətəndaşın, hər bir qurumun ümdə vəzifəsi bu cür uşaqların öz bacarıqları ilə cəmiyyətimizi rəngləndirməsinə dəstək göstərməkdir. Bugünkü tədbirin də məhz bu amala xidmət etdiyi diqqətə çatdırılıb. Natiqlərin sözlərinə görə, görülən işlər öz bəhrəsini verir. Belə ki, cəmiyyətimizin fərqli fərdləri olan həmin uşaqların inklüziv həyata qoşulması onların müalicəsində də müsbət nəticələrə səbəb olur. Çıxış edənlər uğura gedən yolun əngəl tanımadığını, səbir, iradə və əzm tələb etdiyini deyiblər.

Çıxışlardan sonra keçirilən bədii hissədə fiziki məhdudiyyətli uşaqlar öz istedadlarını nümayiş etdiriblər.

Sonda tədbirin təşkilində iştirak edən şirkət və qurumlar, o cümlədən günün qəhrəmanları olan uşaqlar təltif olunublar.

Tədbir çərçivəsində, həmçinin fiziki məhdudiyyətli uşaqların çəkdikləri rəsm əsərləri də nümayiş etdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Sentyabr 2025 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see305

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see188

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see160

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see153

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri