Futbol tarixində inqilabi qərar...
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Yaponiya futbol liqasında oyunların heç-heçə başa çatması qaydası ləğv edilib.
Axar.az Oxu.az-a xəbər verir ki, yeni eksperimental qayda Yaponiya çempionatının 2026-cı il mövsümündə tətbiq olunur.
Qeyd olunur ki, Yaponiyada yenicə start götürmüş mövsüm qısaldılmış formatda keçiriləcək və may ayınadək davam edəcək. Növbəti mövsümdə isə Yaponiya Futbol Federasiyası Avropada tətbiq olunan "payız-yaz" sisteminə keçid edəcək.
Yeni qaydalara əsasən, çempionat oyunu heç-heçə başa çatdıqdan sonra komandalar dərhal penaltilər seriyasına keçəcəklər.
Oyunun əsas vaxtında qələbə qazanan komanda əvvəlki kimi üç xal qazanacaq. Penaltilər seriyasında qalib gələn komanda iki xal, məğlub olan komanda isə bir xal əldə edəcək.
Artıq çempionatın birinci turu keçirilib və bu tur çərçivəsində dörd matçda qalib penaltilər seriyasından sonra müəyyənləşib.
Baxış sayı:129
Bu xəbər 12 Fevral 2026 07:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















