Futbol tarixində YENİ REKORD
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Futbol tarixində yeni rekord qeydə alınıb.
İdman.biz xəbər verir ki, bunu İFFHS açıqlayıb.
Lionel Messi və Serxio Buskets 621-ci dəfə eyni vaxtda meydanda komanda yoldaşı olublar. Əvvəl “Barselona”da çiyin-çiyinə çıxış edən cütlük “İnter Mayami”də də birgə forma geyinir.
Bunadək də rekord Busketslə bağlı idi. O, Jerar Pike ilə 620 matçda bir yerdə oynayıb. Bunlardan 533-ü “Barselona”, 87-si İspaniya millisində olub.
Messi ilə Buskets ilk dəfə 2008-ci il sentyabrın 13-də “Rasinq”lə çempionat matçında (1:1) komanda yoldaşı kimi meydana çıxıblar. Onlar “Barselona”da 569, “İnter Mayami”də 52 görüşü birgə keçiriblər.
İdman.biz

Futbol tarixində yeni rekord
04 Sentyabr 2025 01:59
Ronaldudan yeni rekord Futbol tarixində bunu yalnız o bacarıb
31 Yanvar 2025 15:01
Messidən futbol tarixində daha bir rekord
15 Oktyabr 2025 09:22
Türkiyə futbol tarixində yeni rekord: Qalatasaray Fənərbaxça derbisi tarixə düşəcək
23 Fevral 2025 15:25
Mbappedən rekord Futbol tarixində onun kimisi yoxdur
09 Fevral 2025 09:36

