Icma.az
close
up
RU
Futbol tarixinin gördüyü ən yaxşı 5 forvard SİYAHI

Futbol tarixinin gördüyü ən yaxşı 5 forvard SİYAHI

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Dünya futbolunun müxtəlif dövrlərinə damğa vurub, vurduğu qollarla adını silinməzlər arasına yazdıran çox sayıda hücumçu var. Onlardan bəziləri sadəcə bitirici funksiyasını yerinə yetirsə də, bir çoxu qol yaradıcılığı və texnika baxımından digər cinah futbolçularından heç də geri qalmayıb.

News24.az Yenisabah.az-a istinadla futbol dünyasının yetişdiyi ən güclü 5 hücumçunu təqdim edir:

5. Raul Qonzales

Bir zamanlar “Real Madrid”in və İspaniya millisinin hücum xəttinin əvəzolunmaz forvardı olan Raul Qonzales indiyədək ən yaxşı hücumçulardan hesab olunur. “El Matador” ləqəbli futbolçu “kral klubu”nda çıxış etdiyi 16 mövsümdə 741 oyuna çıxıb, 323 qol vurub. Raul “Real”ın heyətində 6 İspaniya “La Liqa”sı və 3 Çempionlar Liqası kuboku qazanıb.

4.  Robert Levandovski

“Barselona” klubunun polşalı “qol maşını” Robert Levandovski futbol tarixinin ən məhsuldar forvardlarından biridir. Hazırda karyasını davam etdirən 36 yaşlı hücumçu “Borussiya Dortmund”, “Bavariya” kimi klubların heyətində çıxdığı 652 matçda 524 qol vurmağı bacarıb. Levandovski 2 dəfə Avropanın ən yaxşı bombardirlərinə verilən “Qızıl buts” mükafatına layiq görülüb.

3. Zlatan İbrahimoviç

Bosniya əsilli isveçli hücumçu Zlatan İbrahimoviç uca boyu və atletik bədən quruluşu ilə müdafiəçilərin qarşısını almaqda ən çox çətinlik çəkdiyi hücumçulardan biridir. Meydanda özündənrazı duruşu və akrobatik keçidləri ilə yadda qalan İbrahimoviç dünyanın ən yaxşılarından biri kimi qəbul olunur. Oynadığı 708 peşəkar oyunda 451 qol vuran forvard karyerası boyunca “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan” və “PSJ” və “Mançester Yunayted” kimi nəhəng klubların əsas qol silahı olmağı bacarıb.

2. Ronaldo Nazariyo

Braziliyanın dünya futboluna bəxş etdiyi ən yaxşı futbolçulardan hesab olunan Ronaldo Nazariyo bir zamanların ən mükəmməl hücumçusu idi. Karyerası boyunca 2 dəfə “Qızıl Top” mükafatına layiq görülən forvard “Barselona”, “Real Madrid”, “Milan” və “İnter” kimi klublarda bombardir olmağı bacarıb. 

1. Luis Suares

90 dəqiqəlik oyun vaxtının hər dəqiqəsində qol vurmağı bacaran yeganə hücumçu olan Luis Suares futbol tarixinin gördüyü ən yaxşı forvarddır. Bir çox futbol mütəxəssislərinə görə, Suares bu dünyaya sadəcə hücumçu olmaq üçün gəlib. Oynadığı klublarda “tək başına komanda” kimi oynayan hücumçu karyerası boyunca çıxdığı 665 oyunda 400 qol və 210 məhsuldar ötürmə edib. Luis Suares Messi və Ronaldonun ən pik vaxtlarında belə 2 dəfə “Qızıl buts” qazanmağı bacarıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:258
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Noyabr 2024 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri