Icma.az
close
up
RU
Futbol və pullar: İslandiya rüsvayçılığına dair son söz

Futbol və pullar: İslandiya rüsvayçılığına dair son söz

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Azərbaycan millisinin seçmə oyunlarını sonuncu dəfə 2006-cı ildə, yəni “AVRO-2008”in seçmə mərhələsində stadionda canlı izləmişəm.

Oktyabrın 7-də baş tutan oyunda Azərbaycan yığması səfərdə Portuqaliya millisinə qarşı oyuna çıxdı və şanssız şəkildə 0:3 hesabı ilə məğlub oldu. Dörd gün sonra da səfərdə komanda eyni hesabla Belçika yığması qarşısında boyu əydi. Həmin seçmə mərhələdə səkkiz komanda arasında sonuncu yeri tutaraq cəmi 5 xal topladıq və 9 xal toplayan Ermənistanla aktivinə 10 xal yazan Qazaxıstan yığmalarından geri qaldıq. Kiminsə yadından çıxıbsa, xatırladım ki, biz o vaxt ermənilərlə sadəcə oynamamışdıq, ona görə də biz də, onlar da digərlərindən iki oyun az keçirib.

Məsələnin məğzi Ermənistan deyil.

Söhbət ondan gedir ki, düz 19 ildən sonra yenidən (AFFA-ya dəvət üçün təşəkkürlər) milli komandanın səfər oyununa getdim. Bu dəfə rəqib İslandiya idi. İslandiya yığması indiki vəziyyəti ilə Portuqaliya və Belçika yığmalarından kifayət qədər zəifdir. Amma nəticə eyni oldu – Azərbaycan millisi səfər oyununda meydançadan məğlubiyyətlə ayrıldı. Həm də əvvəlki kimi, yəni ruhsuz şəkildə.

Yox, daha pis.

Çox pis.

19 il ərzində biz nəinki inkişaf gördük, heç stabilliyi də nə görən, nə müşahidə edən olub. Əvəzində stabil geriləmə var. Stabil pisləşmə var. Oyun üslubunda isə deqradasiya ön plandadır.

Azərbaycan millisi cəmi beş cavabsız qol buraxmasını qapıçı Şahruddin Məhəmmədəliyevə borcludur. Tez-tez “Qarabağ”dakı hərəkətlərinə görə tənqid etdiyim qolkiper dünən qapımızı azı iki-üç qoldan qurtardı. Şahruddinsiz hesab lap bərbad ola bilərdi.

Bəli, əslində, hansı hesabla uduzmağınızın, ən azı xal toplamaq baxımından çox da fərqi yoxdur. Amma ən pisi odur ki, oyunun özü yox idi. Baş məşqçi Fernandu Santuş oyundan əvvəl mətbuat konfransında “biz buraya 3 xal üçün gəlmişik” açıqlamasını vermişdi. Maraqlıdır, komanda və məşqçi heyəti bu xalı necə qazanamağı düşünürdü? Rəqibin qonaqpərvərliyinə güvənirdilər? Çünki dünənki oyunda yalnız o cür heç olmasa bir xal qazanmaq olardı.

Nə taktika var idi, nə oyun üslubu.

Nə sürət var idi, nə texnika, nə də istək.

Hər ikinci-üçüncü ötürmədən sonra top rəqibin ayağında olurdu.

Artıq oyuunun ilk 10 dəqiqəsində məlum oldu ki, meydan sahiblərinin qol imkanlarını şansa çevirmək baxımından son dərəcə uğursuz olsalar, Azərbaycan millisinin ümid edə biləcəyi maksimum nəticə qolsuz heç-heçə ola bilər.

Amma belə bir möcüzə baş vermədi. Meydan sahiblərinin əzmkarlığı ilk hissənin sonunda, daha sonra ikinci hissədə öz bəhrəsini verdi - 5:0.

Biabırçı nəticədir, amma ən böyük biabırçılıq nəticənin özü yox, oyunun olmamasıdır.

Ən maraqlısı isə oyundan dərhal sonra başladı.

AFFA-nın baş katibi Cahangir Fərəcullayev final fitindən cəmi 3 dəqiqə sonra jurnalistlərin qarşısına çıxıb dedi ki, Santuş cəsarət və vicdan sərgiləyib istefa verməlidir, əks halda biz özümüz addım atacağıq.

Cəmi 5 dəqiqə sonra keçirdiyi mətbuat konfransında əzgin olsa da kifayət qədər sakit görünən Santuş istefaya getməyəcəyini, lakin AFFA onu işdən çıxarsa, bunu qəbul edəcəyini bildirdi.

Məsələ sadədir – AFFA ilə Assosiasiyanın özünün təyin etdiyi millinin baş məşqçisi arasındakı çəkişmənin bütün mahiyyəti puldadır. Sadə dillə desək, Santos özü istefa vermək istəmir, çünki bu halda o, müqavilədə nəzərdə tutulan təzminatla vidalaşa bilər. AFFA onun öz istəyi ilə getməsini və bu halda müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə ödənilməli olan təzminatdan imtina etməsini istəyir. Amma Santuş açıq şəkildə göstərir ki, heç vaxt könüllü getməyəcək: “Pulumu verin, gedim” – onun hər cavabından bu açıq-aşkar hiss olunurdu.

AFFA əlbəttə ki, pul ödəyəcək. Santuş da millidən gedəcək. Onunla bərabər yararsız köməkçilər də gedəcəklər. Amma ən əsası – milyonlarla vəsait boş yerə sərf ediləcək. Sonra bütün günahları Santuşun üzərinə atacaqlar, yeni məşqçi axtaracaqlar. Yəqin ki, yenə də əcnəbi. Yenə də böyük pullar xərclənəcək.

Santuş günahkardır.

İlk növbədə Azərbaycan millisi ilə bağlı təklif gələndə vicdanla davranıb bu təklifi rədd etmədiyi üçün günahkardır.

Santuşun günahı ondadır ki, AFFA funksionerlərinə sehrbaz olmadığını və azərbaycanlı futbolçulardan fərqli səviyyəli oyunçular formalaşdırmaq iqtidarında olmadığını izah etməyib. Oyunçuların hazırlığı və milli futbolun təməli yoxdur. Onun hər oyundan əvvəl bunun üçün çox az vaxtı var və bu, onun işi deyil.

O, şübhəsiz ki, 70 yaşında Azərbaycana gəlib, qocalığını təmin etmək üçün açıq-aşkar pul qazanmaqda günahkardır.

Amma günah yalnız onda deyil. Onu bu vəzifəyə təyin edənlər var axı. Santuş özü-özünə milliyə baş məşqçi təyin edilməyib. Bu qərarı AFFA-nın funksionerləri veriblər axı. Onlar başa düşmədilər ki, bugünkü vəziyyətdə millini əcnəbi məşqçi ilə diriltmək mümkün deyil. Bu pullara ölkənin hər tərəfində onlarla uşaq futbol meydançası salmaq olardı. Bəs buna görə kim cavab verəcək? Ümumiyyətlə, cavab verəcəkmi?

On illərdir ki, Azərbaycan futbolu xalq tərəfindən ümidlə dəstəklənir. Dövlət hər il kifayət qədər vəsait ayırır. Futbolçular oyuna çarter reysi ilə uçur, öz aşpazlarını aparır, ən yaxşı otellərdə qalır və heç bir əziyyət çəkmirlər. Azarkeşlər isə stadionları doldurur, bəziləri uzaq səfərlərə belə gedir. Amma qarşılıq hanı?

Bu ölkədə futbola olan sevgi və maraq braziliyalılar və italyanlarla müqayisə olunacaq qədər böyük olduğu halda, nə vaxta qədər bəzi adamlar yalnız inkişaf görüntüsü yaradacaq, amma nəticə olmayacaq?...

Həmid Həmidov

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 Sentyabr 2025 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri