“Futbolçular Azərbaycan xalqını qələbə ilə sevindirmək istəyir”
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də “Lauqardalsvollur” stadionunda keçiriləcək İslandiya – Azərbaycan oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Fernandu Santuş fikirlərini bölüşüb.
“Qafqazinfo” xəbər verir ki, portuqaliyalı mütəxəssis bunları söyləyib:
“Sabah seçmə mərhələnin ilk oyununa çıxacağıq. Hamı birinci matçında uğurlu nəticə qazanmaq istəyir. Rəqibi təhlil etmişik, çox yaxşı təşkilatlanıb. Topa sahib olmağı xoşlayan komandadır. İslandiya millisi haqqında bütün məlumatları futbolçularımıza çatdırmışam. Oyunboyu təslim olmurlar, futbolçuları yerli publikanın dəstəyini daim hiss edirlər. Çox yaxşı çempionatlarda çıxış edən təcrübəli oyunçuları var. Millinin əsasını ölkə xaricində oynayanlar təşkil edir. Amma biz də qələbə qazanmağa çalışacağıq. Sabahkı görüşə tam hazır olacağıq. Əsas odur ki, futbolçularımız çox istəklidirlər, tam şəkildə kökləniblər. Hər biri Azərbaycan xalqını qələbə ilə sevindirmək istəyir. Əminliklə deyə bilərəm ki, həm sabah, həm də qarşıdakı matçlarda futbolçularımız qələbə qazanmaq, tarix yazmaq üçün əllərindən gələni edəcəklər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 04 Sentyabr 2025 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















