Icma.az
close
up
RU
Mən, futbolçular, Azərbaycan xalqı, hamımız qələbə gözləyirik Santuş

Mən, futbolçular, Azərbaycan xalqı, hamımız qələbə gözləyirik Santuş

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsinin İslandiya və Ukrayna ilə matçlarından öncə baş məşqçi Fernandu Santuşun mətbuat konfransı keçirilib. 

QOL.az sportal.az saytına istinadən xəbər verir ki, mütəxəssis media nümayəndələrinin suallarını cavablandırıb:

- Legioner limitinin ləğvinə ən çox etiraz etməli olan şəxs siz idiniz. İndi peşman deyilsiniz ki?

- Öncə "Qarabağ"ı təbrik etmək istəyirəm. Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıblar. Düşünürəm ki, bu, "Qarabağ" üçün çox vacib nəticədir. Başda Qurban Qurbanov olmaqla "Qarabağ"ın bütün oyunçularını təbrik edirəm. Əlbəttə ki, bu uğur Azərbaycan üçün böyük nailiyyətdir. Avropa bir müddət "Qarabağ" və Azərbaycan haqda danışacaq. Sizin suala gəldikdə, o elə məsələdir ki, mənə aidiyyatı yoxdur. Mən sadəcə olaraq baş məşqçiyəm, öz işimə köklənirəm. Qalan məsələlər barədə Azərbaycan futbolundakı rəhbərlər qərar verir.

- Kapitan Bədavi Hüseynov millinin heyətinə çağırılmayıb. Qapıçılar Rza Cəfərov və Aydın Bayramov isə bu mövsüm oynamayıb. Başqa seçiminiz yox idi?

- Əlbəttə ki, rəqabətdə çıxış etməyən oyunçu məni narahat edə bilər. Baş məşqçi olaraq istəyərəm ki, bütün oyunçuların davamlı oyun praktikası olsun. Amma bu hazırkı reallıqdır. Bu ssenari ilə davam edib, işləməliyik. Çalışacağıq ki, əlimizdə olan futbolçularla yaxşı hazırlaşaq və qarşıdakı matçlarda yaxşı nəticələr əldə edək. İstəyərəm ki, bütün dəvət edilənlər davamlı oynasınlar. Analizlər edirik, oyunları izləyirik. Bədavini çox istəyirəm, ona böyük hörmətim var. Oynamadığı üçün bu toplanışa dəvət almır. Amma bu, o demək deyil ki, onun üzərindən xətt çəkmişəm. Qarşıdakı matçlarda onu görə bilərik.

- Yaxşı nəticəyə ümid etdiyinizi dediniz. Qarşıdakı iki matçda sizin üçün yaxşı nəticə nədir?

- Futboldur, hər bir nəticə gözlənilə bilər. Amma son yoldaşlıq görüşləri və ondan öncəki  toplanışlardan deyə bilərəm ki, oyunçular çox istəklidirlər. Yaxşı məşqlər edirlər. O da mənə ümid verir ki, istədiyimiz nəticələri əldə edə bilərik. Mən, futbolçular, Azərbaycan xalqı, hamımız qələbə gözləyirik. 

- Mehdi Cənnətovun milliyə dəvət edilməməsi nə ilə bağlıdır?

- Dəvət ala bilməzdi. Çünki pasportla bağlı problemləri var. Eyni qaydada Vüsal İsgəndərli də pasport problemi yaşayır.

- İlk mətbuat konfansınızda demişdiniz ki, Yunanıstan futbolunda etdiklərimizi burada təkrarlamaq istəyirik. Amma indi deyirsiniz ki, mən baş məşqçiyəm, verilən qərarlar AFFA rəhbərliyinindir...

- Legioner limiti mənə aid olan məsələ deyil. Bu bir təhlildir. Bir ölkəni o biri ilə müqayisə etmək olmaz. Portuqaliyada legioner limiti yoxdur, 11 legioner çıxış edə bilər. Amma çox sayda oyunçular var ki, xaricdə oynayırlar. Ölkələri müqayisə edə bilmərik. Hər bir ölkə düşünməlidir ki, hansı addım ölkə futbola kömək ola bilər.

- "Qarabağ"ın Çempionlar Liqasında əsas mərhələyə yüksəlməsi haqda fikriniz necədir? 

- Sözsüz ki, asan olmayacaq. Rəqiblər aydındır. "Qarabağ" layiqli şəkildə buralara çıxıb. Ən yaxşısını edəcəklər ki, ən yaxşı şəkildə ölkəni təmsil etsinlər. Neçə xal barədə heç nə deyə bilmərəm. 

- İslandiya və Ukrayna ilə bağlı fikirləriniz necədir?

- Asan oyunlar deyil. İslandiya uzun müddətdir ki, eyni oyunçularla birlikdə çıxış edir. Bütün futbolçular ölkə xaricində oynayırlar. Çox təcrübəli və keyfiyyətli oyunçulardır. Elə komandadır ki, arxadan hücumların qurulmasını çox yaxşı bacarırlar, çox yaxşı təşkil olunmuş hücumları var. Topsuz oyunda çox aqressiv çıxış edirlər, çalışırlar ki, top itirilən kimi geri qazansınlar. Köməkçilərimlə birlikdə İslandiya millisinin oyunlarına baxmışıq, təhlil etmişik. Əlbəttə ki, təhlil edəndə onların güclü nöqtələrini ortaya çıxarmışıq. Hücumda güclüdürlər. Zəif nöqtələrini də bilirik. Komandamızı bu oyuna yaxşı hazırlayacağıq. Rəqibimiz 4-2-3-1 sxemi ilə oynayır. Hücumda olanda 4-3-3 çıxış edirlər, onların oyun dinamikasını təhlil etmişik. İntensiv komandadır, buna baxmayaraq, çox yaxşı oyun olacaq. Yaxşı da hazırlaşacağıq. Ukrayna millisi də çox güclü rəqibdir. İslandiya və Ukraynanı müqayisə etsək, islandlar 4-2-3-1 sxemi ilə oynayır. Ukrayna millisində isə bir dayaq yarımmüdafiəçisi, önündə də 2 hücumameyilli oyunçu ilə çıxış edirlər.  Bizim üzərimizə düşən hər iki komandanı yaxşı təhlil edib, oyunçulara çatdırmaqdır. Bu iki oyundan biri səfərdədir, uzun səfər olacaq. Qərar vermişik ki, İslandiyaya daha erkən yollanaq, ora yerləşək, uyğunlaşaq. Uzun səfər olduğu üçün bu da oyunçulara necəsə təsir göstərə bilər. Aramızda 4 saatlıq fərq var. Ümumi qeydlər var ki, bu cür uzun səfərdən sonra oyunçu bir gün özünə gəlsin. Buna görə qərar verildi ki, ora daha tez uçaq. Ondan sonra da artıq evdə oynayacağıq. Azarkeşlərin dəstəyinə güvənirik. Ümid edirik ki, bizi dəstəkləyəcəklər. Bu, vacib amildir. Rəqibin güclü və ya zəif olmasına baxmayaraq, komanda hər oyuna yalnız qələbə üçün çıxır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://qol.az
archiveBu xəbər 29 Avqust 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see704

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see317

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see315

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see260

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see198

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see193

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see178

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see165

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see148

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see146

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see144

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see126

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri