Futbolçularımız bacardıqlarından yaxşı oynadı Abbasov
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Azərbaycan millisinin futbolçuları Litva ilə matçda bacardıqlarından daha yaxşı oynayıb.
Axar.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ayxan Abbasov Litva millisi ilə oyundan (1:0) sonra deyib.
45 yaşlı mütəxəssis UEFA Millətlər Liqası çərçivəsində baş tutan D Liqasının 2-ci qrupunun oyunu haqqında fikirlərini bölüşüb:
"Bilirdik ki, komanda çox yorulacaq. Əsas odur, istədiyimizə nail olduq. Lixtenşteynlə oyundan sonra narahatlıqlarım vardı. Sevinirəm ki, üç gün ərzində komanda toparlandı. Futbolçular performanslarından daha yaxşı oynadılar. Qarşıda bir yoldaşlıq, bir rəsmi matç var. İnanıram ki, bu oyunlardan qələbə ilə ayrılacağıq".
A. Abbasov hakim idarəçiliyinin ədalətli olduğunu deyib:
"Hakimliklə bağlı hər şey ortadadır. Ədalətli idarəçilik oldu. Hakim tempi yüksək saxladı. Rəqib baş məşqçinin narazılığını başa düşürəm. O da nəsə deməlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 04 Oktyabr 2026 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















