Gənc futbolçularımız panikaya düşdülər Ayxan Abbasov
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Əlbəttə ki, üzücü məğlubiyyət oldu. Oyunu iki hissəyə bölərdim. İlk hissədə 3-cü və 4-cü qolu da vura bilərdik".
QOL.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 16-cı turunda bu gün sədərdə "Turan Tovuz"a məğlubiyyətdən sonra mətbuat konfransında deyib.
O, 2:3 hesablı məğlubiyyəti belə şərh edib: "İkinci hissədə rəqibin təzyiq edəcəyini bilirdik. Gənc futbolçularımız panikaya düşdülər. Təəssüflənirəm. Kuryoz qollar burxırıq. Amma uşaqlar xarakter göstərdi. Müvəqqəti çətinliklər var. Onun da öhdəsindən gələcəyik. Daha yaxşı olacağıq".
Baş məşqçi Giorgi Kantariya və Adil Nağıyevlə yolların ayrılması ilə bağlı isə bunları deyib: "Sosial şəbkələrdə bu mövzu çox gündəm oldu. Hətta deyirdilər ki, "Şamaxı" dağılır. Maddi baxımdan heç bir problemimiz yoxdur. Yaxın günlərdə rəsmi məlumat verəcəyik. İndi onu deyə bilərəm ki, iki futboloçu ilə yollarımızı ayırmışıq".
"Turan Tovuz"un sabiq çalışdırıcısı Tovuza qonaq kimi gəlməyin yaxşı hiss olduğunu qeyd edib: "Tovuzda futbolçu kimi də çıxış etmişəm. Burada oynamaq həmişə çətin olub. Premyer Liqada belə azarkeşi olan komandalara ehtiyac var. Tovuzla bağlı yaxşı xatirələrim olub".
Baxış sayı:127
Bu xəbər 09 Dekabr 2024 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















