Futbolçularımıza əhsən düşür, oyunun tempindən qopmadılar Şəfa nın baş məşqçisi
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
1-ci Liqanın 6-cı turu çərçivəsində bu gün iki iddialı - "Şəfa" və "Səbail" Binə qəsəbə stadionunda üz-üzə gəldilər. 2:2 hesablı heç-heçədən sonra şəriksiz lider mövqeyində qalan "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb matç barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlamasını təqdim edirik:
"Maraqlı və gərgin oyun oldu.Hər iki komanda yaxşı mübarizə apardı.Oyun istənilən hesabla nəticələnə bilərdi.Düşünürəm ki, meydanda çempionluğa layiq iki komanda var idi. Azarkeşlərimizə təşəkkur edirəm, hər zaman olduğu kimi, bizə dəstək oldular. Futbolçularımıza əhsən düsür, oyunun tempindən "qopmadılar". Ani diqqətsizliklər olur, bu da oyunun gərginliyinə gorə idi. Belə oyunların çox olması futbolcuların inkişaf etməsi üçün vacibdir".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 23 Oktyabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















