Icma.az
close
up
RU
“Fantaziyana “əhsən”, USAID...!!!”

“Fantaziyana “əhsən”, USAID...!!!”

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Açığı, USAID-in bağlanması (fəaliyyətini dayandırması - filan yox, elə məhz obyekt kimi, “krant” kimi bağlanması!) fonunda səsləndirilən fikirlər məni çox da təəccübləndirmədi. Ən azından ona görə ki, bu təşkilatın uzun illər “qara kassa” rolunu oynaması, müxtəlif ölkələrdə çevriliş planları hazırlaması, inqilab ssenarilərini maliyyələşdirməsi zatən kimsəyə sirr deyildi və aydın məsələdir ki, bənzər törəmələrin hər biri eyni borudan qidalanır.

Məni bir tək bilirsinizmi nə heyrətləndirdi? – Kolumbiyada transseksual operanın yaradılması və Qvatemalada cinsin dəyişdirilməsi əməliyyatları ilə bağlı təqdim olunan layihələrə USAID tərəfindən birmənalı dəstəyin verilməsi...

Yəni görün adamlar “obnaliçka” üçün nələr düşünüblər və hansı yollara əl atıblar...

Fantaziyanıza “əhsən”. Gerçəkdən!

Hərgah, əsas profili sülhü təmin etmək olan təşkilatlar silah satarkən, barışdırıcı missiyalar müharibə təşviq edərkən, ATƏT-in Minsk Qrupu kimi təsisatlar “travel-blogger” rolunu oynayarkən, Avropa Şurası adında qurum ən ağır cinayətlərdə adı keçən Şvabe təki şizo-mazoxistin əlində girinc qalarkən, USAID-dən də əlahiddə bir şey gözləməyə dəyməzdi əslində...   

Və tam səmimi sözümdür, USAID mənə, adını çəkdiklərim içində ən çox Avropa Şurasını xatırlatdı. Niyə? Açmasını deyim. Daha dəqiqi, AŞPA nümayəndə heyətinin keçmiş üzü kimi 4 illik müşahidələrimi bölüşüm.  

Əvvəla, AŞPA da eynən USAID kimi “yiyəsiz” və xaotik bir təsisatdır. Orada heç də iddia edildiyitək insan hüquqlarının, ümumbəşəri dəyərlərin qorunması prioritet təşkil etmir. Şuranın əsas məramı dövlətlərdən üzvlük haqlarını vaxtlı-vaxtında yığmaq və kvartalda 1 dəfə ixtiyari persona tapıb, onun üzərindən şou göstərməkdir. Məsələn, bir ara Saakaşvili tərəfə fokuslanmışdılar. Sonra keçdilər, Navalnıya, daha sonra Rusiya bir casus jurnalist həbs etmişdi, adını unutdum, ona, daha sonra Ukraynaya, Zelenskiyə...

Yəni, həmişə mövzu, motiv var. Fəqət, nəticə yoxdur! Və ya nə qəribədir ki, bunların əl uzadıb qabağa çəkdiklərini nəticə və aqibət etibarilə hələ kimsə salamat görməyib. Bilinmir, siyasi mürdəşir missiyası ilə görəvləndiriliblər, yoxsa “gilyotin” funksiyası yerinə yetirirlər, ya “cənazə namazı” işinə baxırlar – əlqərəz, hər nə. Amma dediyim kimidir: yaxınlaşan yanır, ən azından tüstü verir.

AŞPA-da da cinsi azlıqlar - ələlxüsus son vaxtlar – “sarı sim” hesab olunur və onların büro və komitə rəhbərliklərində kvotası mütləq bir şəkildə təmin edilir. Hətta dediklərimdən şok ola bilərsiniz, amma əgər həmin azlığın nümayəndəsi, məsələn, Siyasi Komitədə yoxdursa, yeri boş saxlanılır.

Araşdırmalar təsdiq edir ki, USAID-də 41 milyardın (?!) axırına çıxan “akula”lar əslində de-fakto lobbi fəaliyyəti ilə məşğul olublar. Yəni beynəlxalq hüququn prinsipləri, demokratiyaya dəstək filan çoxdan gedib işinin dalınca. “Kişi”lər bir tərəfdə pul “boğublar”, digər tərəfdə isə onlara güc gələ bilməyən xalqların, dövlətlərin haqlarını..

AŞPA da hazırda oxşar vəziyyətdədir. Məsələn, bayaq adını çəkdiyim Şvabe kimi quldur öz “şayka”sı ilə bərabər açıq lobbi fəaliyyəti göstərir və bunu heç gizlətmir də. Təsəvvür edin, Almaniyanın nümayəndə heyətinin rəhbəri kimi bu adam son il yarım ərzində keçirilən komitə, büro və plenar iclaslarında öz ölkəsi haqda 3, Azərbaycan haqda isə  27 dəfə danışıb. Təbii, “vurmaq” amacı ilə.

Absurddur, deyilmi? Məncə absurddan da ötədir...

AŞPA da eynən USAID kimi siyasi qumarxanadır. Kaş onun dəhlizlərini, modul üslubunda qurulmuş iç-içə otaqlarını, mərtəbələrarası dolanbacları öz gözlərinizlə görəydiniz... TV-də nümayiş olunan plenar iclas salonudur və əslində qlobal məsələlər orada həll olunmur. Yekə sifarişlər heç, o öz yerində. Fəqət, indicə haqqında danışdığım otaqların həndəvərindən keçərkən anlayırsan ki, kimin əli kimin cibindədir – bəlli deyil. Bunun mirzəsi onun otağındadır, onun gülməşəkəri bunun masasında. O, bundan halallıq alır, bu, ondan beh. O, buna kağız imzalatdırır, bu, ona avtoqraf. O, bundan şam yeməyinə randevu istəyir, bu, ondan telefon nömrəsi. O, buna “torba tikir”, bu, ona kisə.  

Beləcə, yaşayır demokratiya bala-bala!

USAID haqda məlumatlarda deyilir ki, təşkilatın çətiri altında bir çox kəşfiyyat hərəkətləri aparılıb və ölkələr haqda hesabat xarakterli qərəzli materiallar hazırlanıb.

Yadıma bir anlıq AŞPA-nın biz tərəfə ezam olunan məruzəçiləri düşdü. Əsas da hamının yaxşı tanıdığı uzunsaç oğlan. Gəlib bir-iki məlumat toplayıb, kəşfiyyat aparıb, donos yığıb, sonra da hakimiyyətə alver təklif eləmişdi və birmənalı rədd cavabı alandan sonra anındaca yenə çevrilib olmuşdu demokrat! Təyyarəyə qalxan kimi...

Və nəhayət! Son bir faktı deyim. Sübutlarla təsdiq olunub ki, Gürcüstandakı son seçkiləri pozmaq üçün ancaq USAID vasitəsilə yerli QHT-lərə 41,7 milyon dollar ayrılıb. İndi isə AŞPA deyir, seçki demokratik olmayıb, yenisi lazımdır.

Yəni şəriklərdən biri digərinin də əvəzinə danışır və açıq mətnlə söyləyir ki, bu dəfə mayamız batdı, amma imkan varsa, yenə şərait yaradın, gəlib başınızda oturaq, sizi devirək, evinizə girək, bəlanıza çevirilək.

P.S. Kolumbiyada transseksual opera yaratmaq bundan daha abırlı işdir, vallah...

Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Fevral 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see313

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see288

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see272

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see267

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see237

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see230

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see221

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see216

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see211

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see195

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see195

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see192

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see190

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see187

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see185

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see173

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see170

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see170

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri