Futboldan başı çıxmayan iki adam... Kloppdan sərt sözlər
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Almaniyalı mütəxəssis Yurgen Klopp ABŞ prezidenti Donald Trampın ABŞ millisinin hücumçusu Folarin Baloqanın qırmızı vərəqəsinin ləğv olunması üçün FIFA prezidenti Canni İnfantinoya zəng etməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.
QOL.az bu haqda xarici media qurumlarına istinadən xəbər verir. "Liverpul"un sabiq baş məşqçisi bu cür müdaxilənin yolverilməz olduğunu deyib.
"Əgər bu, doğrudan da baş veribsə, bu, dəlilikdir. Belə deyim: bu, bizim oyunumuzdur, onların yox. Futboldan heç nə başa düşməyən bu iki adamın bu məsələyə heç bir aidiyyəti olmamalıdır. Bu, qırmızı vərəqə idi. Burada iki fərqli fikir ola bilməz. Baloqna heyfimiz gəlir, çünki bunu qəsdən etməmişdi. Amma qaydalar qırmızı vərəqə deyir", - deyə Klopp bildirib.
Qeyd edək ki, ABŞ - Bosniya və Herseqovina matçında Folarin Baloqan VAR baxışından sonra rəqib futbolçu Tarik Muxaremoviçin topuğuna təhlükəli müdaxiləyə görə birbaşa qırmızı vərəqə almışdı. Sonradan FİFA bu cəzanı ləğv edərək şərti cəza ilə əvəzləyib. İddialara görə, bu, ABŞ Prezidenti Donald Trampın FİFA rəhbəri Canni İnfantinoya zəngindən sonra baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 06 İyul 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















