Icma.az
close
up
RU
Siyasətdən başı çıxmayan qaqalar namizədlik verir Politoloq

Siyasətdən başı çıxmayan qaqalar namizədlik verir Politoloq

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda bələdiyyə seçkilərinə maraq demək olar ki, yox dərəcəsindədir. Bəlkə də seçicilər yaşadıqları ərazidə bələdiyyə üzvlüyünə namizədləri belə tanımırlar.

Redaktor.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən politoloq Zeynal Əmrəliyevin sözlərinə görə, ölkədə bələdiyyələrin fəaliyyəti ürəkaçan deyil:

"Bələdiyyə seçkilərində iştirakla bağlı ilin əvvəlindən çox düşündük. Çox düşünürsən, fikirləşirsən ki, heç bir səlahiyyəti olmayan, tamamilə icra hakimiyyətlərindən asılı halda fəaliyyət göstərən, adi bir qəbirstanlıqlara nəzarət edə bilməyən bir quruma seçilməyin mənası nədir? 2019-cu ildə bələdiyyə üzvü seçilən xeyli sayda dostlarımız var idi. Müxtəlif bələdiyyələrin üzvləri idi. Adam deyir ki, 1-2 dəfə istisna, heç iclasa çağırmırlar. Bələdiyyə sədri yerli icra hakimiyyəti ilə razılaşıb öz işini görür". 

Politoloq seçkilərdə siyasətçi və partiyaların fəallıq göstərmədiyini də vurğuladı:

"Ölkədə bir qram seçki abu-havası yoxdur. Tanınmış siyasətçilərdən demək olar ki, seçkiyə qoşulan yoxdur. Partiyalar fəallıq göstərmir. Siyasətdən başı çıxmayan "qaqalar" namizədlik verir. Kənd icra nümayəndəsi ilə bələdiyyənin fərqini bilməyən nə qədər adam bilirsiz sabahkı seçkidə mübarizə aparacaq? Seçki lövhələri kiminsə nəvəsi, kiminsə oğlu, kiminsə qızı, bacısı oğlu, xalası oğlu, nənəsi, babası ilə doludur. Bu, Azərbaycan bələdiyyə sisteminin çöküşünü, ölkədə məhəlli siyasi sistemin tənəzülünü göstərir. Çox heyif. İstəyirsən elin-oban üçün nəsə iş görəsən, bu kimi problemlər bizə mane olur".

Türkan İSGƏNDƏRLİ 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:251
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Yanvar 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri