Futbolu bir müddətlik buraxdı
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Argentina yığması və “İnter Mayami”nin 39 yaşlı kapitanı Lionel Messi futbol karyerasına qeyri-müəyyən müddətə fasilə verib.
“Qafqazinfo” “Doble Amarilla”ya istinadla xəbər verir ki, ulduz futbolçu 68 yaşlı atası Xorxe Messinin vəfatından sonra bu qərara gəlib.
Qeyd edək ki, Xorxe Messi oğlunun futbolçu kimi yetişməsində əsas rol oynayıb. O, Messinin uşaqlıq illərində məşqçisi olub, boy hormonu çatışmazlığının baha başa gələn müalicə xərclərini qarşılayıb və onun “Barselona”ya tarixi keçidini şəxsən təşkil edib. Sonrakı illərdə isə Xorxe oğlunun rəsmi meneceri kimi fəaliyyət göstərib.
Xatırladaq ki, təcrübəli hücumçu bu mövsüm “İnter Mayami” heyətində keçirdiyi 18 matçda 15 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin sonuna qədər nəzərdə tutulub.
Baxış sayı:120
Bu xəbər 11 Avqust 2026 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















