Icma.az
close
up
RU
Futbolumuzun QURBAN QURBANOV əfsanəsi! KÖŞƏ

Futbolumuzun QURBAN QURBANOV əfsanəsi! KÖŞƏ

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Hələ gənc yaşlarımda, 70-ci illərdə gələcəkdən xəbərlər verən Nostradamusun bir xəbəri dillərdə əzbər idi: “XXI əsr türkün dirçəliş əsri olacaq”! Mən gələcək haqqında söylənilən heç bir fikrə, heç bir xəbərə heç vaxt inanmamışam. Amma bu kəlamın, bu xəbərin birbaşa mənsub olduğum millətlə bağlı olması məni öz ağuşuna ala bilmişdi...

Zaman keçdi. Sanki ilahi qüdrətdən dəstək alan Nostradamusun dediklərinin reallaşmasına, məhz XX əsrin sonlarında inanmağa başladım. O zaman ki, tanrının türk ddünyasına bəxş etdiyi və bütün bəlalardan hifz edərək qoruduğu Ulu Öndər Heydər Əliyev türk dünyasının bir parçası olan Azərbaycana, həm də azad və müstəqil Azərbaycana rəhbərliyə döndü. Ümumtürk dünyasının ən qüdrətli tarixi şəxsiyyətlərindən olan Heydər Əliyevin kiçik bir məmləkəti dünyanın ən nəhəng gücləri ilə bir araya gətirə bilməsi və dövrün ən güclü türk dövləti olanTürkiyə ilə birlikdə BÖYÜK TÜRK BİRLİYİnin təməlini qoyması gələcəyin xəbərçisinin xəbərinin reallaşacığına tam əminlik yaratdı. Sonrakı dövrdə, məhz XXI əsrin ilk illərindən başlayaraq Ərdoğan-Əliyev birliyinin bu yöndə gördükləri işlər haqqında isə qalaq-qalaq kitablar yazmaq gərəkdir...
Əziz oxucum! Yazıma giriş olaraq bu qeydlərimi oxuyub “Yazının başlığı ilə əlaqəsi?” deyib də məni qınamağa tələsmə. Bu gün dünyada millətlərin, dövlətlərin ən güclü tanıtım vasitələrindən biri məhz idmandır. Bəlkə də elə bu aydın həqiqətə xüsusi dəyər verən əsrlərin Fateh-lideri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, hələ ölkənin başına gəlməzdən çox-çox əvvəl Azərbaycanın 1 nömrəli idman təşkilatına – Milli Olimpiya Komitəsinə rəhbərlik etməyə başladı. Böyük idman dünyasının isə ən geniş yayılmış, ən populyar sahəsi futboldur. Azərbaycan idmançılarının bütün sahələrdə böyük uğurlar qazanmasını kiçiltmək fikrim yoxdur. Azərbaycan bayrağının hər dəfə dünyanın müxtəlif arenalarında dalğalanması milyonların diqqətini ölkəmizə, onun əzəmət və qüdrətinə çəkir. Ancaq futbol elə bir idman növüdür ki, onu milyonlar deyil, yüz milyonlar, bəlkə də milyardlar izləyir və hər bir əzəmətli, prinsipial oyun nümayiş etdirməklə meydandakı 11 nəfər ümumən xalqın, millətin əzəmətini, iradəsini, qətiyyətini yüz milyonlarla, milyardlarla insana nümayiş etdirmiş olur. “QARABAÖ” ın pleyy-of mərhələsində göstərdiyi əzəmət və prinsipiallıq kimi!
Mən elə də güclü futbol azarkeşi deyiləm. Amma Azərbaycanın və Türkiyənin futbol komandalarının beynəlxalq arenalardakı bütün oyunlarını izləyir və qürur keçirirəm. Çünki hər bir beynəlxalq yarışı yüz milyonlar izləyir və deməli AZƏRBAYCAN xarakteri ilə yüz milyonlar tanış olur. Söz yox, məğlubiyyət olanda hər bir azərbaycanlı kimi mən də məyus oluram. Amma “QARABAĞ”ın dünya, avropa meydançalarında sərgilədiyi qətiyyətli, müdrikliklə və əzmkarlıqla müşahidə olunan oyunlarının içimdə yaratdığı hissi zəngin Azərbaycan türkcəsində ifadə etməkdə çətinlik çəkirəm...
Bəli, XXI əsr türkün yenidən dirçəliş əsridir. Bu dirçəlişin tanrı tərəfindən seçilmiş ən böyük nümayəndəsi HEYDƏR ƏLİYEV, onun bu tarixi missiyasının əvəzolunmaz davamçıları isə İLHAM ƏLİYEV və RƏCƏB TAYYİB ƏRDOĞAN tondemidir. Bu qüdrətli cütlüyün fantastik siyasi və diplomatik əzəmətinə hər kəs öz sahəsində vicdanlı, qətiyyətli və “inkişafa dəstək” prinsipi ilə yanaşarsa, o zaman qələbələrimizin də sayı artar, əsrimizin “TÜRK ƏSRİ” olduğuna bütün dünyanı inandırmaq yolumuz daha sürətlə genişlənər. Mən dünən “QARABAĞ”ımızın göstərdiyi şücaəti bu baxımdan futbolumuzun əfsanəvi nailiyyətlərindən biri hesab edir və bütün qələbələrimizin Baş Memarı cənab Ali Baş Komandan olmaqla yanaşı, futbolumuzda qazanılan bu əfsanəvi tariximizin memarı QURBAN QURBANOVdur! Bir türk olaraq, bir azərbaycanlı olaraq bizlərə bəxş etdiyi bu qürurverici duyğulara görə “QARABAĞ”ın hamisi “AZƏRSUN”-dan tutmuş bütün üzvlərinə minnətdarlığımı bildirirəm. Amma bu əfsanənin memarı QURBAN QURBANOVa xüsusi təşəkkürlə yanaşı, deyirəm; Nə yaxşı ki, Azərbaycan futbolunda varsan, QURBAN QURBANOV! Nə yaxşı ki, əfsanələri gerçəyə çevirən sənin kimi müdrik və prinsipial bir mütəxəssisimiz var! Sən Azərbaycan futbol tariximizin əfsanəsisən desək, yanılmarıq. Çox da böyük olmayan maliyyə ilə milyardlarla büdcəyə malik komandalarla baş-başa oyun nümayiş etdirə bilmək, bununla ölkənin əfsanəvi inkişaf yolunda payçı olmaq özü bir əfsanəvilik deyil də, nədir?..
Təhmasib Novruzov
Yazıçı-publisist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Avqust 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri