Icma.az
close
up
RU
Futbolun əhatəsi regionlara doğru genişlənəcək

Futbolun əhatəsi regionlara doğru genişlənəcək

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

FİFA Agenti AFFA-nın son qərarlarını dəstəklədi.

Bu günlərdə AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirildi. Futbol ictimaiyyətinin səbirsizliklə gözlədiyi iclasda həm cari mövsüm Premyer Liqanın sonuncu pilləsində yer alan komandanın nə gözlədiyi dəqiqləşdirildi, həm də çempionatın formatı müəyyənləşdirildi. 

Növbəti mövsüm Premyer Liqanın 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olması qərara alındı. 3-cü dövrənin oyunlarında meydan sahibi olacaq komandalar püşk əsasında müəyyənləşdiriləcək. Cari mövsümdə Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində Birinci Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.

Ümumiyyətlə, liqalarda tətbiq edilən yeniliklər ölkə futboluna nə kimi fayda verəcək? "QOLAT Sport Services və Futbol Agentliyi"nin direktoru, FİFA Agenti Səid Bağırov "Azərbaycan" qəzetinə açıqlamasında deyib ki, düşünülmüş və planlı dəyişiklik, bir çox halda uğur gətirir. Məsələ bu prosesə başlamaqda idi və AFFA da bunu etdi. Azərbaycanın ali futbol qurumu tərəfindən qəbul edilən son qərarların yerli futbolumuzun inkişafına təkan verəcəyi şübhəsizdir, ancaq onu da qeyd edək ki, zamana ehtiyacımız çox olacaq: "Əsas odur ki, başlanıldı və futbolun əhatəsi regionlara doğru genişlənəcək. Əlbəttə ki, hər bir yenilik özü ilə müəyyən çətinlikləri də gətirir. Məsələn, ilk öncə infrastruktur problemləri, futbol sahəsində çalışacaq olan insan resursu çatışmazlığı, bölgələrdəki uşaq futbolunun hazırkı vəziyyəti və sairə. Bütün bunlar birdən-birə deyil, mərhələli şəkildə baş verəcək. Liqalar arasında yerdəyişmələrin bu şəkildə müəyyənləşdirilməsi daha ədalətli oldu. Premyer liqada sonuncu yeri tutan komanda Birinci Liqaya düşəcək, burada isə ilk 3 yeri tutan klublar Premyer Liqaya vəsiqə qazanacaq. Xüsusilə qeyd edək ki, bu ilk növbədə Birinci Liqada mübarizəni daha da gücləndirəcək, çünki 3 klubun Premyer Liqaya vəsiqə şansı yaranacaq. Onu da nəzərə alaq ki, Premyer Liqaya qalxmaq üçün digər ən əsas şərt lisenziya məsələsidir. Bu çox həssas və çətin məsələ olduğundan ümid edirik ki, Birinci Liqa başa çatdığı zaman Premyer Liqaya yüksələcək kollektivlər lisenziyalarını da həll etmiş olacaqlar". 

Ən çox cavab axtarılan sual isə Premyer Liqaya yüksələcək klublar nə dərəcədə bu çempionata hazırdırlar? Bu suala cavabında Səid Bağırov bildirib ki, iki liqa arasında fərq çoxdur. Fərqlərdən ən birincisi maddi və texniki resurslardır, sonra isə futbol infrastrukturu problemləridir. AFFA tərəfindən ayrılacaq maddi dəstək klubların bu kimi problemlərini həll etməyə bəs etməyə bilər. Məhz buna görə də əlavə sponsorların futbola cəlb edilməsi istiqamətində dövlət tərəfindən xüsusi təşviqlərin yaradılması da mümkündür. "Söhbət burada böyük büdcəli özəl şirkətlərdən gedir. Yaxın illərdə bu prosesin sürətlənəcəyini düşünürük. Hazırda bir neçə kluba sponsor cəlbini uğurla başa vurmuş gözəl nümunə FİF-dir (Futbolun İnkişaf Fondu). Ümid edək ki, bu sahədə daha böyük uğurlara imza atılacaq", - deyə FİFA agenti əlavə edib. 

Qəbul edilən son qərarın fonunda 2025-2026-cı il mövsümünün reqlamentinə nəzər yetirən Səid Bağırov deyib ki, klublar 3 dövrəli sistemlə oynayacaq: "Bu ümumilikdə oyun saylarını azaldır. Belə ki, 33 tur olacaq, hansı ki, öncəki illərdə bu say 36 idi. Ölkədə futbolun ümumi ab-havasını dəyişəcək olan klublar əsasən region klublarıdır, məhz bu qərarla liqaya maraq daha da artacaq, Premyer Liqada komanda sayının artması futbolumuza yeni azarkeşlər də qazandıracaq. Xarici təcrübə bunu göstərir ki, əgər siz futbolunuza azerkeş qazandıra bilsəniz, onlar da sizə pul qazandıracaqlar. Bununla azerkeşlər oyunlara bilet alıb, gəlib sizə dəyər verə bilərlər. Bu dəyişiklik həmçinin, Birinci və İkinci liqalarda səviyyənin artmasına səbəb olacaq. Legioner limitinin ləğvindən sonra Premyer Liqada legioner sayının artacağına görə buradan da yerli oyunçulardan Birinci Liqaya gedənlər olacaq. Bu isə oyunların səviyyəsinə, gücünə təsir edəcək. Əgər qərarların tətbiqi dəqiq həyata keçirilərsə yaxın bir neçə ildə futbolumuzun kefiyyətində müsbət dəyişikliklər hiss olunacaq". 

FİFA Agenti onu da əlavə edib ki, İkinci Liqadan 4 komandanın Birinci Liqaya yüksəlmək imkanı var. Belə ki, 1-ci liqada sonuncu yeri tutan komanda 2-ci liqaya, 2-ci liqadan isə ilk 3 yeri tutan komanda avtomatik olaraq 1-ci liqaya yüksələcək. 1-ci liqanın 9-cusu ilə 2-ci, liqanın 4-cüsü isə pley-off oynayıb 1-ci liqaya vəsiqə şansı əldə edəcək. Bu da öz növbəsində 2-ci liqada mübarizəni daha da gücləndirəcək.

AFFA-nın qəbul etdiyi son qərarların ümumilikdə Azərbaycan futbolunun inkişafı üçün atılmış çox önəmli addımlar olduğunu diqqətə çatdıran Səid Bağırov bildirib ki, klublar arasında rəqabətin artırılması və eyni zamanda ciddi tələblərin qoyulması və prosesə nəzarət edilməsi ölkə futbolunda müsbət nəticəsini yaxın illərdə göstərəcək: "Hər bir klub stadionun azerkeşləri tərəfindən dolmasını istəməlidir. Belə olan halda sponsorlar da rahat cəlb edilə bilər, hətta xarici oyunçuların seçimi belə tribunası dolu olan klublardan yana olar. Burada klublar öz texniki imkanlarını və insan resurslarını da diqqətlə seçməli, həmçinin daha da yaradıcı yanaşmalar tətbiq etməlidirlər ki, öz klub idarəçilik ənənlərini inkişaf etdirsinlər. "QOLAT Sport Service və Futbol Agentliyi" olaraq, bizimlə çalışan futbolçularımıza ölkəmizdə baş verən futbol dəyişikliklərini izah edir və bu proseslərdə onları öz işlərinə daha çox vaxt ayırmalarını, rəqabətə hazır olmalarını təlqin etməyə çalışırıq".

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Fevral 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see303

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see295

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see285

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see279

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see275

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see266

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see258

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see242

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see238

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see234

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see221

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see218

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see208

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see206

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see194

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see179

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see165

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri