Icma.az
close
up
RU
Qarabağda dirçəlişin əhatəsi genişlənir

Qarabağda dirçəlişin əhatəsi genişlənir

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində müasir infrastrukturun qurulması, keçmiş məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdışı və rahat məskunlaşması üçün yeni yaşayış məntəqələrinin inşası sürətlə davam etdirilir.

Düşmən tapdağından azad olunan torpaqlarımızda həyatın canlandırılmasına Vətən müharibəsindən dərhal sonra başlanılıb və hər ilin sonunda adıçəkilən Dövlət Proqramı çərçivəsində görülən işlərinin monitorinqinin aparılması nəzərdə tutulub. Xatırladaq ki, bu layihənin gerçəkləşdirilməsi ölkə rəhbərinin imzaladığı müvafiq sənədlə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) tapşırılıb. Yeri gəlmişkən, İİTKM tərəfindən Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası ilə bağlı 2024-cü il üzrə monitorinq prosesi artıq yekunlaşdırılıb.

Dövlət Proqramının icrasının monitorinq nəticələri barədə məlumat verən İİTKM-in sahəvi proqramların monitorinqi sektorunun müdiri Elşən Yusifli bildirib ki, tədbirlər planı çərçivəsində “Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili” prioriteti üzrə 2024-cü ilin sonuna 62 min hektardan artıq ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. Hesabat dövrü ərzində 1400-dən artıq ailə Laçın, Cəbrayıl, Füzuli, Şuşa və Xocalı şəhərləri, Laçın rayonunun Zabux və Sus kəndləri, Xocalı rayonunun Ballıca kəndinə köçürülüb.

Keçən il ərzində işğaldan azad edilən ərazilərdə 6 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayıb, 3 məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti təmin olunub. Yaşayış məntəqələrində əlçatan və keyfiyyətli tibb xidmətləri infrastrukturunun qurulması istiqamətində də işlər davam etdirilib. Ərazilərin yüksəkgərginlikli elektrik enerjisi ilə təchizatı üçün 739 kilometr 110 kv-luq, 262 kilometr 330 kv-luq uzunluqda elektrik verilişi xətləri çəkilib, 11 ədəd 110 kv-luq, 1 ədəd 330 kv-luq yarımstansiya tikilib.

İİTKM-in sektor müdiri əlavə edib ki, geri qayıdan əhali üçün bank, sığorta və maliyyə xidmətlərinə çıxış imkanını genişləndirmək məqsədilə regionda fəaliyyət göstərən bank filiallarının sayı ümumilikdə 6-ya (Laçın, Cəbrayıl, Füzuli, Zəngilan rayonları və Xankəndi şəhəri olmaqla) çatdırılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə azad edilən ərazilərdə banklar və Azərpoçt tərəfindən quraşdırılan POS-terminalların sayı isə 904 ədəd (Ağdam, Füzuli, Şuşa, Xocavənd, Xocalı, Zəngilan, Laçın, Cəbrayıl, Qubadlı, Kəlbəcər rayonları və Xankəndi şəhəri üzrə) olub. Bütün bunlarla yanaşı, əhalinin dayanıqlı məskunlaşması və məşğulluğunun gerçəkləşdirilməsi üzrə tədbirlər həyata keçirilib, ümumilikdə, 40 minə yaxın insanın Qarabağ və Şərqi Zəngəzurda yaşayışı və fəaliyyəti təmin edilib.

Elşən Yusifli bildirib ki, Dövlət Proqramı çərçivəsində sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində zəmanət-subsidiya mexanizmi ilə bərabər, güzəştli kredit mexanizmi ilə də dəstək tədbirləri davam etdirilib. Eyni zamanda, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında, ümumilikdə, 400-dən artıq müəssisənin fəaliyyəti təmin edilib. Ağdam Sənaye Parkındakı müəssisələrdə istehsal olunan məhsulların ixracına başlanılıb.

Yaşayış məntəqələrində mədəni irs obyektlərinin bərpası istiqamətində bir sıra layihələr keçirilib. Prezident İlham Əliyevin iştirakı ilə ötən il Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı olub. “Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi”nin inşası başa çatdırılaraq dövlətimizin başçısı İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə açılış mərasimi reallaşıb.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi qələbə ölkəmizdə yol-nəqliyyat məsələləri ilə bağlı vəzifələri və hədəfləri də yenilədi. İşğaldan azad edilmiş ərazilərdə dövlət başçısının şəxsi nəzarəti ilə dünyanın ən modern yol infrastrukturunun yaradılmasına başlandı. Bu gün işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin şəxsi nəzarəti ilə dünyanın ən modern yol infrastrukturu yaradılır.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, eləcə də dövlətimizin başçısının imzaladığı sərəncamlar əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan layihələrin sayı 44-ə, avtomobil yollarının ümumi uzunluğu isə 3 min 40 kilometrə çatdırılıb. Ötən illər ərzində 7 yolun tikintisi yekunlaşdırılıb. Hazırda tikintisi həyata keçirilən 38 layihənin isə 2025-2026-cı illərdə tamamlanması nəzərdə tutulub. Bundan əlavə, 6 şəhərin (Şuşa, Füzulu, Qubadlı, Zəngilan, Kəlbəcər və Cəbrayıl) daxili yollarının, eləcə də 7 kəndə gedən avtomobil yollarının tikintisi davam etdirilib.

İşğaldan azad olunmuş ərazilərdə çəkilən avtomobil yollarının üzərində 70,8 kilometrlik 45 tunel, 9 min 581,6 metrlik 447 körpü və 3 min 871 metrlik 16 viaduk inşa edilir. Şanlı Zəfər tariximizin ötən 4 ilində 59,6 kilometrlik 28 tunelin, 8 min 339,1 metrlik 392 körpünün və 1695 metrlik 9 viadukun tikintisi tamamlanıb. Ümumilikdə, ötən müddətdə 28,5 kilometrlik Tərtər–Suqovuşan–Talış, 101 kilometrlik Zəfər, 22 kilometrlik Talış–Tapqaraqoyunlu–Qaşaltı sanatoriyası, 44,5 kilometrlik Bərdə –Ağdam, 12,3 kilometrlik Füzuli –Hadrut avtomobil yollarının, həmçinin Hacıqabul–Bəhramtəpə –Mincivan – Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun 173,6-235 kilometrlik hissəsinin (61,4 kilometr) tikintisi başa çatdırılıb. Bununla yanaşı, Laçın şəhərinə daxil olmadan 22 kilometrlik yeni alternativ çəkilib.

Hazırda icrası davam etdirilən Əhmədbəyli – Füzuli –Şuşa, Şükürbəyli – Cəbrayıl – Hadrut, Xudafərin – Qubadlı – Laçın, Toğana – Kəlbəcər – İstisu, Kəlbəcər – Laçın, Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd, Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd – İranla dövlət sərhədi, Ağdam – Füzuli, Ağdam – Hindarx – Ağcabədi, Qubadlı – Eyvazlı, Qubadlı – Mahmudlu – Yazdüzü – Ermənistan sərhədi, Xudafərin – Qubadlı – Laçın, Hadrut – Tuğ – Azıx avtomobil yollarının, eləcə də Araz çayı üzərində avtomobil körpülərinin tikintisi layihələrinin isə 2025-2026-cı illərdə başa çatdırılması nəzərdə tutulub.

Dövlət Proqramına uyğun olaraq, Şuşa, Ağdam, Füzulu, Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl və Laçın şəhərlərinin daxili yollarının tikintisi də uğurla həyata keçirilir. Bundan əlavə, ölkə Prezidentinin müvafiq sərəncamına əsasən, Cəbrayılın Horovlu, Ağdamın Kəngərli, Qubadlının Mahrızlı, Zilanlı, Zəngilanın Cahangirbəyli, Xocalının Malıbəyli və Suqovuşan – Sərsəng su anbarı – Qozlukörpü – Kəlbəcər avtomobil yolunun 24-cü kilometrliyindən ayrılan Umudlu kəndinə gedən magistral, eləcə də 6 rayonlararası avtomobil yollarının tikintisi işləri də aparılır.

Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Əhmədbəyli– Füzuli – Şuşa avtomobil yolunun tikintisi yekunlaşdırılır. Xatırladaq ki, mövcud yolun uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol 19,3 kilometr qısadır. Hazırda layihə üzrə son tamamlanma işləri görülür, asfalt-beton örtüyünün aşınma layının döşənməsi işləri icra olunur. Bundan başqa, yol boyu dəmir-beton baryerlərin, əyrixətli metal sədd çəpərlərinin, işıqlandırma qurğularının və yol avadanlıqlarının quraşdırılması, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi, istirahət və parkinq yerlərinin tikintisi davam etdirilir. Xatırladaq ki, Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul – Horadiz – Ağbənd – Zəngəzur dəhlizi magistral avtomobil yolundan (M6) götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2021-ci il oktyabrın 17-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Ağdam–Füzuli avtomobil yolunun inşası da hazırda sürətlə davam edir. Sözügedən yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilən rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır.

Uzunluğu 65,7 kilometr, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3,75 metr, ayırıcı zolağın eni 4 metr olmaqla yol yatağının eni 26,5 metr təşkil edir. Hazırda yol boyu dəmir-beton tipli küveytlərin tikintisi və ayırıcı zolaqda yerləşdirilən dəmir-beton konstruksiyalı baryerlərin quraşdırılması işləri davam etdirilir.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see321

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see301

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see298

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see248

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see242

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see208

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see195

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see195

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see184

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see181

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see179

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see178

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see173

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see169

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see169

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see166

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see165

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see165

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see160

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri