Icma.az
close
up
RU
Future LAB insanyönümlü innovativ həllər üzrə lider olmağa hədəflənib FOTO

Future LAB insanyönümlü innovativ həllər üzrə lider olmağa hədəflənib FOTO

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Future Lab Azərbaycanda insanyönümlü innovativ həllərin hazırlanmasında lider olmağa iddialıdır. PASHA Holding-in təsis etdiyi bu “innovasiya laboratoriyası” Qrupun texnologiya, sahibkarlıq, sığorta, bankçılıq və digər sahələrdə insanların ehtiyaclarını qarşılamaqla bağlı öhdəliklərini yerinə yetirmək üçün yaradıcı və qabaqcıl həllər təklif etməyi hədəfləyir.

“İnnovasiyalar yalnız texnoloji yenilik xatirinə deyil, onlar insanların həyat keyfiyyətini artırmaq üçündür. Məqsədimiz insanların ehtiyaclarını prioritetləşdirərək, onların həyatına davamlı müsbət təsir göstərməkdir”, – Future LAB-ın baş icraçı direktoru Fərux Əliyev bu fikirdədir.

Future LAB təşəbbüsləri bütün PASHA Qrup şirkətlərində istifadəçi dostu xidmətlərin əlçatan olmasına yönəlib. Bu təşəbbüs gündəlik ehtiyaclara uyğun rəqəmsal həllər vasitəsilə daha çox müştəriyə xidmət göstərmək məqsədi daşıyır. “Missiyamız müştəriyönümlü xidmətlər üçün regionda etalon yaratmaq və aparılan hər bir əməliyyatı məqsədyönlü etməkdir”, - Fərrux Əliyev bildirib.

Hal-hazırda Future LAB fəaliyyətini əsasən iki məhsulun hazırlanması istiqamətində davam etdirir. Bu məhsullardan biri mikro və kiçik müəssisələrdə əməliyyatları sadələşdirən, əməkdaşlığı təşviq edən və dayanıqlı inkişafı dəstəkləyən xüsusi həllər təqdim edir. Digər məhsul isə daşınmaz əmlakı qoruma prosesini sadələşdirmək məqsədi daşıyır. Bu məhsul fərdlərə öz evlərini və yatırımlarını effektiv qorumaq üçün praktik alətlər və dəqiq təlimatlar təqdim edəcək.

Cari ildə Future LAB-ın diqqət mərkəzində duran daha bir mühüm məsələ bacarıqlı mütəxəssislərin cəlb edilməsi və inkişafıdır. "Əməkdaşlıq və yaradıcılıq üçün mühit yaradaraq, biz təkcə xidmətləri formalaşdırmırıq, həm də gələcək nəsil innovatorların yetişməsi üçün onları həvəsləndirir və alətlərlə təchiz edirik", - Fərux Əliyev bu fikirdədir.

Future LAB-da əmindirlər ki, 2025-ci il innovasiya və insan mərkəzli inkişafda Azərbaycan üçün əhəmiyyətli il olacaq.

https://www.linkedin.com/company/future-lab-pasha-innovation/

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://report.az
archiveBu xəbər 08 Yanvar 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri