ADB ADY də innovativ həllər və enerji səmərəliliyi üzrə texniki dəstəyi genişləndirir
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün "Azərbaycan Dəmir Yolları” QSC-nin Asiya İnkişaf Bankı (ADB) ilə tərəfdaşlıq çərçivəsində təqdim etdiyi dekarbonizasiya üzrə layihəsi əsasında edilən texniki yardım bir neçə nəticəyə istiqamətlənir və onların hamısı ADY-nin gələcəkdə necə bir dəmir yolu şirkəti olmağı hədəflədiyinə uyğunlaşdırılıb.
"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADB-nin İnkişaf etməkdə olan Sahələr üzrə Sektorlar Departamentinin direktoru Cindy Tiangco bildirib.
Onun sözlərinə görə, texniki yardım çərçivəsində yalnız dəmir yolunun fəaliyyətinin yaxşılaşdırılması üzrə innovativ həllərə deyil, həmçinin onun mövcud aktivlərindən istifadə etməklə bərpa olunan enerji istehsalı və bu enerjinin öz ehtiyacları üçün səmərəli istifadəsi imkanlarına da baxılacaq.
"Bununla yanaşı, enerji səmərəliliyi tədbirlərinə və potensialın gücləndirilməsinə xüsusi diqqət ayrılacaq. Çünki texniki yardımımızın məqsədi ondan ibarətdir ki, şirkət və ya ölkə layihələri özü hazırlaya və icra edə bilsin. ADB isə bu prosesdə potensialın artırılmasına dəstək göstərir və beynəlxalq ən yaxşı təcrübələri gətirərək ADY-nin öz əməliyyatlarına inteqrasiya etməsinə kömək edir", - Cindy Tiangcoqeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 05 Dekabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















