Futzal üzrə Yüksək Liqada bürünc mükafatın sahibi müəyyənləşib
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Futzal üzrə Azərbaycan Yüksək Liqasında bürünc mükafatın sahibi müəyyənləşib.
İdman.Biz xəbər verir ki, 20-ci turda “Şuşa”nı 8:5 hesabı ilə üstələyən “Baku Fire” mövsümü üçüncü pillədə başa vurub. Komanda 38 xal toplayıb.
“Lənkəran” turnirdə iştirakını dayandırdığı üçün U-19 kollektivi meydana çıxmadan 3 xalı aktivinə yazdırıb.
Yüksək Liqada mövsümə mayın 18-də yekun vurulacaq. Çempionun adına aydınlıq gətirəcək son görüşdə lider “Neftçi” İK ən yaxın izləyicisi “Araz-Naxçıvan”la gücünü sınayacaq.
Qeyd edək ki, turnir cədvəlinə 52 xalla “Neftçi” İK başçılıq edir. 49 xalı olan “Araz-Naxçıvan” isə ikincidir.
Baxış sayı:155
Bu xəbər 14 May 2026 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















