Futzal yığmamızın üzvləri Xorvatiyada meydana çıxacaq baş məşqçi Elşad Quliyevdi
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
Xatırlayırsızsa, futzal yığmamızın sabiq baş məşqçisi Vitali Borisov saytımıza açıqlamasında yığma komandanın xeyli oyunçusuyla birlikdə Xorvatiyada tələbələr arasında keçiriləcək Avropa çempionatına hazırlaşdıqlarını demişdi.
Turnir haqda ətraflı məlumatı Futzal Federasiyasının İcraiyyə Komitəsinin üzvü Mahmud Sadıqovdan aldıq. Onun "Football-plus.az"a cavabı:
"Söhbət tələbələrdən ibarət futzal komandasının iştirak edəcəyi yarışdan gedir. Bu, bizim yox, Azərbaycan Tələbə Futbol Federasiyasının məsuliyyətində olan məsələdi. Sadəcə, onlar bizdən bəzi milli üzvlərinin həmin turnirdə iştirakına şərait yaratmağı xahiş etdi. Müraciəti müsbət cavabladıq. Həmin komandanın baş məşqçisi Elşad Quliyevdi. Vitali Borisov ona yardım edir. Zaqrebdə keçiriləcək oyunlarda yığmamızın üzvlərinin mümkün zədə riskləriylə bağlı məsələlərə görə də adını çəkdiyim federasiya məsuliyyət daşıyır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 28 İyun 2025 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















