UEFA Gənclər Liqası: Sabah Norveçdə, Qarabağ Xorvatiyada meydana çıxacaq
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün "Sabah" və "Qarabağ"ın U-19 komandaları UEFA Gənclər Liqasında növbəti oyunlarını keçiriəcəklər. Sport24.az xəbər verir ki, Bakı klubu əsas mərhələnin IV turunda Norveç təmsilçisi "Vikinq"lə üz-üzə gəlir.
Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. "Bayquşlar"ın U-19-u əvvəlki turlarda Dortmund "Borussiya"sına (0:2), Çexiyanın "Slaviya" (0:3) və İngiltərənin "Mançester Yunayted" (0:5) komandasına məğlub olub.
Ağdam təmsilçisi isə II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Xorvatiyada "Dinamo"nun qonağı olacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 16:00-da səslənəcək. Bakıda baş tutan ilk qarşılaşma Zaqreb klubunun (2:1) qələbəsi ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:UEFA Gənclər Liqası: “Qarabağ” və “Sabah” bu gün növbəti oyunlarına çıxacaq
05 Noyabr 2025 10:28
UEFA Gənclər Liqası: “Sabah” bu gün üçüncü oyununa çıxacaq
20 Oktyabr 2026 11:59
“Qarabağ” UEFA Gənclər Liqasında ilk oyununa çıxacaq
28 Oktyabr 2026 10:16
UEFA Gənclər Liqası: Qarabağ tilsimi qıra biləcək ?
25 Noyabr 2025 11:14
Baxış sayı:141
Bu xəbər 04 Noyabr 2026 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















