Icma.az
close
up
RU
“Futzalçılar gücündən tam istifadə etmir” Mahmud Sadıqovdan 0:7 və 1:5ə izah

“Futzalçılar gücündən tam istifadə etmir” Mahmud Sadıqovdan 0:7 və 1:5ə izah

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Ölkəmizin futzal yığması Zenitsada keçirdiyi hər iki yoldaşlıq oyununda Bosniya və Hersoqovinaya böyük hesabla uduzdu – 0:7, 1:5.

Bilindiyi kimi, baş məşqçi Vitali Borisov məğlubiyyətləri müxtəlif səbəblərlə izah edir. Bəs Futzal Federasiyasının mövqeyi necədi?
“Football-plus.az” fikirlərini öyrənmək üçün İcraiyyə Komitəsinin üzvü Mahmud Sadıqova müraciət etdi:

“Təbii ki, iki oyunda 12 qol buraxmaq və yalnız bir qol vurmaq acınacaqlıdı. Ümid edirəm ki, məşqçilər korpusunun nəticələrlə bağlı tutarlı səbəbləri olacaq. İndiyə qədər bəzi fikirləri Vitali Borisova çatdırmışıq. Məsələn, “Baku Fire”ın təcrübəli futzalçısı, baş məşqçinin oyun tərzinə uyğun Kənan Manafov yığmaya çağrılmayıb. Çalışdırıcı səbəbi gəncləri sınamaq istəyiylə izah etdi. Onsuz da heyətin 70 faizi gənclərdən qurulub. Hər iki oyunu izlədik. Düzdü, 12 qol buraxılıb, lakin heç birində konkret qapıçı səhvindən söhbət getmir. Futzalçılarla bağlı çox şey dəyişməlidi. Təcrübəsizlikləri bir yana, hər biri özündən əvvəl bayrağımız üçün oynamalıdı. Lakin güclərindən tam istifadə etmirlər. Böyük boşluqlar var. Məşqçilər bu məsələlərə fikir vermir. Halbuki komanda belə oyunlara fərqli psixologiyayla hazırlaşmalıdı. Matça tam formada köklənmək lazımdı. Qarşıdakı günlərdə oyunlarla bağlı məşqçilərlə iclas keçiriləcək və lazımi iradlar bildiriləcək”.


Mahmud bəydən məğlubiyyətlərin Vitali Borisovun taleyinə təsir edib-etməyəcəyini də soruşduq:

“Bunlar yoldaşlıq görüşləri idi. Müəyyən qədər anlayışla qarşılaşamaq mümkündü. Onsuz da Vitali Borisov deyir ki, “oyunçuları yoxlayırdım”. Millimiz dekabrın 17-də AÇ-2026-nın əsas mərhələsi çərçivəsində İsveçlə qarşılaşacaq. Həmin oyundakı nəticədən asılı olaraq, qərar verəcəyik”.


KƏNAN BAHADIR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Noyabr 2024 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri