Icma.az
close
up
RU
Rəşad Sadıqovdan qələbə şərhi

Rəşad Sadıqovdan qələbə şərhi

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan Premyer Liqasının XXX turunda keçirilən “Neftçi” – “Zirə” (2:4) matçından sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

– Bizim üçün oyun çox çətin başladı. Rəqib yaratdığı ilk iki epizoddan yararlandı. Bu dəqiqələrdə toparlanıb, oyuna davam etmək çətin idi. Futbolçular özlərində güc tapdılar, təslim olmadılar. Sona qədər mübarizə apardılar. 4 qol vurduq, məğlub da ola bilərdik. İkinci hissəyə fəal başladıq. Vacib üç xal qazandıq. Artıq qarşıdakı matçlara baxmalıyıq. “Sumqayıt”a qarşı vacib oyun bizi gölzəyir.

– “Qarabağ”ın Azərbaycan çapında güclü olduğunu nəzərə alsaq, keçən il də “Zirə” potensial ölkə çempionu, ölkə kubokunun qalibi olmuşdu. İndi də ikinci pillədəsiz. Futbol ictimaiyyəti və mediada müşahidə edilir ki, “Zirə” və Rəşad Sadıqovun işi çox da qabardılmır. Səbəbini nədə görürsüz?
– Məşqçiliyə başladıqdan, ikinci sezondan sonra mediadan və sosial şəbəkələrdən maksimum uzaqlaşmışam. Mənfi və müsbət fikirləri izləmirəm. Bilmirəm dediyiniz şəkildədir, ya yox. Biz işimizi onun üzərində qurmamışıq ki, kimsə tərifləsin. Tərifə layiq olsaq, tərifləyəcəklər. Ola bilər ki, məndən gözləntilər çoxdur. Bunu anlayışla qarşılayıram. Üçüncü yerlə 6 xallıq fərq var. Amma qətiyyən düşünmürəm ki, nəsə üstünlüyümüz var, nəyisə həll etmişik. Altı kritik oyunumuz var. Bilmirəm Konfrans Liqasının oyunu nə vaxtdır. Ora vəsiqə qazanmayana qədər baxmayacam. İndi məni düşündürən “Sumqayıt”la görüşdür. 

– Rəşad Sadıqovun görmək istədiyi “Zirə” budur?
– Futbolçu olaraq da, heç vaxt özümdən razı olmamışam. Həmişə düşünmüşəm daha yaxşısını edə bilərəm. Bu gün düşünəcəm ki, nəyi düz etməmişik ki, rəqib bu gün fərqləndi, iki qol buraxdıq. Samir Abasovun gəlişindən sonra “Neftçi” etibarlı müdafiə olunur. Bu həftə onu düşünəcəm ki, harada düz etmədik, qollar buraxdıq. Yəqin oyunçular 100 faiz oyuna köklənməmişdi ki, iki qol buraxdıq. “Zirə” yaxşıdır, bu kifayət edir” kimi fikirləri düşünmürəm. Onu düşünsəm, geri addamlayarıq.

– Oyunun əvvəlində iki qol buraxdınız, inamlı deyildiz. Birdən-birə nə oldu? Bundan sonra “Neftçi”də arxayınlaşma yarandı? 0:2 uduzduğunuz halda, necə oldu ki, geridönüş etdiz? Mənə səmimi gəlmədi baş verənlər… 
– 33 illik futbol təcrübəm var, bu tip oyunlar bizim liqada, digər liqalarda çox olub. “Qarabağ”la görüşdə də 0:2 uduzurduq, sonda qalib gəldik. Əsas səbəbi nədə görürəm? Rəqibin pressinqinə hazırlaşmışdıq. 0:2-dən sonra da yaxşı oynamırdıq. Rəqabətli oyun idi. Hissənin sonlarında pressinq edib topu ələ keçirib, penalti qazandıq. Hücum potensialını artırmağa başladıq. Rəqib 3:0 qalib gələ də bilərdi. Futbolun bir hissəsidir. Əsas üstünlüyümüz nə idi? “Neftçi”nin çoxsaylı itkiləri var idi. İkinci hissədə ehtiyat qüvvəmiz rəqibdən daha geniş idi. Burada 1:2 uduzduğumuz matçda “Neftçi” “Zirə”ni üstələyirdi. Samir Abasovun ehtiyat qüvvəsi var idi. O faktlar da ola bilər. İkinci hissədə daha riskli oynayırdıq. İkinci qoldan sonra pauza götürdük.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 13 Aprel 2025 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see451

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see341

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see332

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see319

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see289

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see288

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see284

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see273

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see271

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see270

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see268

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see266

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see248

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see248

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see248

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see221

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see214

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see209

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see207

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri