Icma.az
close
up
RU
Füzuli azadlıq, qayıdış və dirçəlişin simvoluna çevrilib Millət vəkili

Füzuli azadlıq, qayıdış və dirçəlişin simvoluna çevrilib Millət vəkili

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"17 oktyabr tarixi Azərbaycan xalqının yaddaşına şanlı və qürurverici bir gün kimi yazılıb. 2020-ci ilin məhz bu günündə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli şəhərini düşmənin işğalından azad edib".

Hurriyyet.Az bildirir ki, bunu Metbuat.Az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, bu gün, artıq rəsmi olaraq “Füzuli Şəhəri Günü” kimi qeyd olunur və xalqımızın qəhrəmanlıq salnaməsinin mühüm səhifələrindən birini təşkil edir:

"Füzuli rayonu tarixi baxımdan Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olub. Qədim yaşayış məskənləri, memarlıq abidələri və zəngin təbiəti ilə seçilən bu bölgə, eyni zamanda ölkənin strateji əhəmiyyətli ərazilərindən biri hesab olunur. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Füzuli şəhəri və rayonun böyük hissəsi illər boyu viran edilmiş, tarixi və mədəni irs dağıdılmışdı. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olub. 44 günlük Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlər ən ağır və strateji baxımdan ən mühüm əməliyyatlardan biri olub. 2020-ci il oktyabrın 17-də Azərbaycan Ordusu qan tökərək, şəhidlər verərək Füzuli şəhərinə Azərbaycan bayrağını sancdı. Bu zəfər, cəbhənin digər istiqamətlərində də üstünlüyümüzün təmin olunmasına mühüm zəmin yaratdı və Ermənistan ordusunun müdafiə xəttinin yarılmasında həlledici rol oynadı".

P.Vəliyeva xatırladıb ki, 17 oktyabr 2020-ci il tarixində şanlı Ordumuz tərəfindən Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad edilib:

"Vətən müharibəsi zamanı ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilib. 26 noyabr 2020-ci il tarixdə “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25.325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olundu. Bundan sonra Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olunub".

Deputat bildirib ki, işğaldan azad olunmuş Füzuli rayonu bu gün Azərbaycanın yenidənqurma və bərpa strategiyasının ön cəbhəsində yer alır:

"Dövlət başçısının xüsusi diqqəti və tapşırıqları ilə burada genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Artıq Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilmiş, yollar, məktəblər, xəstəxanalar, yaşayış binaları, sosial və iqtisadi obyektlər tikilməkdədir. Yeni Füzuli şəhəri “ağıllı şəhər” konsepsiyası əsasında qurulur və bu istiqamətdə uğurlu addımlar atılır. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 18 martda “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Dövlət başçısının xüsusi diqqəti nəticəsində rayonda “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, həmçinin Köndələnçay su anbarları kompleksi istifadəyə verilib. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə Mirzə Uluqbəy adına orta məktəb inşa olunub. İşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxstan xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi yaradılıb. Hər iki qardaş ölkəyə aid təhsil və mədəniyyət mərkəzinin Azərbaycanda inşası bu xalqlar arasında mövcud olan möhkəm dostluğun rəmzidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Azərbaycan xalqı Füzuliyə böyük ruh yüksəkliyi ilə qayıdır". Artıq keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı başlayıb. Bu, təkcə fiziki qayıdış deyil, həm də milli kimliyə, tarixi yaddaşa, mədəni irsə qayıdışdır. Beləliklə, 17 oktyabr – Füzuli şəhərinin işğaldan azad edildiyi gün Azərbaycan xalqının tarixi yaddaşında əbədi yaşayacaq. Bu gün həm də şəhidlərimizin xatirəsinə ehtiramın, ordumuzun qəhrəmanlığına minnətdarlığın, dövlətimizin gücünə və xalqımızın birliyinə inamın təcəssüm etdiyi tarixi bir gündür".

Sevinc İbrahimzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 Oktyabr 2025 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri