Icma.az
close
up
RU
Kəlbəcər diqqət çəkən məkana çevrilib Millət vəkili

Kəlbəcər diqqət çəkən məkana çevrilib Millət vəkili

Icma.az bildirir, Unikal.az portalına istinadən.

"Böyük Qayıdış Proqramı çərçivəsində sürətlə bərpa edilən Kəlbəcər dayanıqlı inkişafın bariz nümunəsi kimi diqqət çəkir. Bölgədə uğurla reallaşdırılan genişmiqyaslı layihələr bu rayonun gələcək strateji əhəmiyyətini daha da gücləndirir. 1930-cu ildə inzibati rayon statusu almış Kəlbəcər işğala qədər bölgənin sosial-iqtisadi və mədəni mərkəzlərindən biri hesab olunmuşdur. O dövrdə təqribən 53 min nəfər əhalisi olan rayonda 1 şəhər, 1 qəsəbə və 145 kənd mövcud idi". 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Parlamentari xatırladıb ki, 1993-cü il aprelin 2-də Kəlbəcər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib:

"İşğal zamanı 511 dinc sakin qətlə yetirilmiş, 321 nəfər əsir və itkin düşmüşdür. Nəticədə tarixi-mədəni abidələr, muzeylər, məktəblər, kitabxanalar, uşaq bağçaları və tibbi müəssisələr dağıdılmış, minlərlə ev və inzibati bina talan edilmişdir. Həmçinin, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Bu hadisələr həm insan hüquqları baxımından, həm də beynəlxalq hüquq norma və prinsiplərinə görə ağır cinayətlər hesab olunur. BMT Təhlükəsizlik Şurasının 1993-cü il 30 aprel tarixli 822 saylı Qətnaməsi işğalçı qüvvələrin Kəlbəcərdən və işğal olunmuş digər ərazilərimizdən dərhal çıxarılmasını tələb etsə, rəsmi İrəvan bu qərarı icra etməmişdir.

1999-cu ildən başlayaraq Ermənistan işğal altında saxladığı Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşdırma həyata keçirmişdir.

2020-ci ilin Vətən müharibəsinin ilk günlərində Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Strateji yüksəkliklərin tutulması Ermənistan ordusunun hərəkət imkanlarını məhdudlaşdırmış, Basarkeçər-Kəlbəcər yolunun istifadəsini qeyri-mümkün etmişdir. Bu hərbi əməliyyatlar şanlı Qələbənin əldə olunmasında mühüm rol oynamışdır.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Zəfər nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu 25 noyabrda ölkəmizə təhvil verilmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilmişdir. Dövlətimizin başçısının müvafiq sərəncamları ilə Kəlbəcər uğrunda döyüşlərdə iştirak etmiş 9455 hərbi qulluqçu bu medalla təltif olunmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” ərazinin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulmasını nəzərdə tutur. 

Kəlbəcər şəhərində 524 ailəlik yeni yaşayış məhəlləsi, Yanşaq kəndində 421, Zallar kəndində 487, Zar kəndində isə 855 ailənin məskunlaşması nəzərdə tutulub. Hər bir məhəllədə müasir mənzillər, məktəblər, uşaq bağçaları, sosial-məişət obyektləri və istirahət guşələri salınır. Bu layihələr bölgənin sosial və iqtisadi həyatının canlanmasına, müasir yaşayış standartlarının təmin edilməsinə xidmət edir.

25 noyabr – Kəlbəcər şəhəri günü həm tarixi irsin, həm işğaldan azad olunmuş torpaqlarda müasir quruculuğun təzahürü kimi mühüm önəm kəsb edir. Bu şəhər artıq gələcəyin inkişaf perspektivi ilə diqqət çəkən bir məkana çevrilib". 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 Noyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri