Icma.az
close
up
RU
Füzuli beynəlxalq nəqliyyat qovşağına çevrilir MÜNASİBƏT BİLDİRİLDİ

Füzuli beynəlxalq nəqliyyat qovşağına çevrilir MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Füzuli şəhəri Azərbaycan Respublikasının cənub-qərbində yerləşərək mühüm strateji mövqeyə malikdir. Onun coğrafi mövqeyi qədim İpək Yolunun ən önəmli marşrut hissələrindən biri olan Aran Qarabağ və Araz çayı istiqamətindən keçməsi ilə diqqət çəkir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rizvan Hüseynov deyib.

Onun sözlərinə görə, bu xətt Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan, Türkiyə, Aralıq dənizi hövzəsi və Şərqi Avropa ilə birləşən beynəlxalq nəqliyyat koridorunun əsas tərkib hissəsini təşkil edir: "Füzuli rayonunun bu strateji mövqeyi həm regional, həm də qlobal nəqliyyat-kommunikasiya sistemlərinin inkişafında mühüm rol oynayır. Çindən Avropaya qədər uzanan beynəlxalq ticarət yolunun mühüm keçid nöqtələrindən biri məhz Füzuli istiqamətidir. Bu səbəbdən rayonun iqtisadi və logistika baxımından potensialı olduqca böyükdür. Füzulidə inşa edilən beynəlxalq hava limanı da bölgənin nəqliyyat infrastrukturunun mühüm elementi kimi çıxış edir. Hava limanının fəaliyyətə başlaması Füzulinin nəqliyyat qovşağına çevrilməsinə, regionda ticarət, logistika və turizm axınının genişlənməsinə geniş imkanlar yaradır.

Azərbaycan dövləti Füzuli şəhərinin bərpasına xüsusi diqqət yetirir. Burada həyata keçirilən infrastruktur və sosial layihələr yalnız şəhərin yenidən qurulmasına deyil, həm də əhalinin doğma torpaqlarına qayıdışına şərait yaradır. Füzuli sakinlərinin öz yurdlarına dönməsi regionun sosial-iqtisadi inkişafının əsas təməl daşlarından biri hesab olunur. Nəticə etibarilə Füzuli şəhərinin strateji əhəmiyyəti onun coğrafi mövqeyi, nəqliyyat-kommunikasiya potensialı və beynəlxalq marşrutlar üzərində yerləşməsi ilə birbaşa bağlıdır. Bu xüsusiyyətlər şəhərin bərpası və inkişafına yönəlmiş dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Oktyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri