Icma.az
close
up
RU
Odlar yurdu beynəlxalq nəqliyyat qovşağına çevrilir

Odlar yurdu beynəlxalq nəqliyyat qovşağına çevrilir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən il dəmir yollarımızla 18,5 milyon ton yük daşınıb

Azərbaycan iqtisadiyyatının diversifikasiyası, neftdən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafı istiqamətində əsas hədəflərdən biri ölkənin nəqliyyat potensialının inkişaf etdirilməsi və beynəlxalq nəqliyyat qovşağına çevrilməsidir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) redaksiyamıza təqdim etdiyi materialda bildirilib ki, respublikamızın əlverişli coğrafi mövqeyi, Şərqdən Qərbə və Şimaldan Cənuba gedən ticarət yollarının kəsişməsində yerləşməsi bu hədəfə çatmaq baxımından müsbət amil olsa da, kifayət etmir. Bunun üçün bir tərəfdən beynəlxalq tranzit yük axınlarını gerçəkləşdirmək məqsədilə ölkə daxilində nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi, digər tərəfdən isə beynəlxalq dəhlizlərin keçdiyi ölkələrlə birgə iş apararaq dəhlizlərin funksionallığının artırılması tələb olunur. 
Azərbaycan ərazisindən keçən tranzit daşımaların avtomobil, dəniz, dəmir  və hava yolları nəqliyyatı vasitəsilə həyata keçirilməsi beynəlxalq müstəvidə çoxtərəfli əməkdaşlıq və koordinasiyanı zəruri edir. Bu  istiqamətdə Azərbaycanın gerçəkləşdirdiyi uzunmüddətli strateji layihələrinin icrası artıq öz bəhrəsini verir.    
Tranzit daşımalarda dəmir yollarının fəaliyyəti son illərdə xüsusi diqqət çəkib. Təkcə  keçən il “Azərbaycan Dəmir Yolları”nın gücü ilə  tranzit, idxal, ixrac və daxili rejimlərdə 18,5 milyon tondan çox yük daşınıb. 2023-cü illə müqayisədə 2024-cü ildə daşınmış tranzit yüklərin həcmi 5,7 faiz artaraq 7,3 milyon ton, idxal yükləri isə 10 faiz artaraq 5,2 milyon ton olub. Əsas tranzit istiqaməti olan Şərq–Qərb marşrutu ilə hesabat dövründə 3,2 milyon tondan çox yük daşınıb. Tranzit rejimdə daşınmış yüklər arasında neft və neft məhsulları 2,8 milyon tonu keçib və 2023-cü ilin göstəricilərini 11 faiz üstələyib. 
ADY tranzit daşımaları yüksək səviyyədə təşkil etməklə yanaşı, Azərbaycan ərazisindən keçən dəhlizlərin inkişafı, rəqabətliyin və cəlbediciliyin artırılması ilə bağlı da səmərəli fəaliyyət göstərərək bu sahədə ölkəmizin beynəlxalq koordinasiya fəaliyyətinin əsas iştirakçılarındandır.
Azərbaycan üçün əsas strateji əhəmiyyətli tranzit dəhlizi Şərqdən Qərbə və əks istiqamətdə yüklərin daşındığı Orta Dəhliz hesab olunur. ADY formalaşdığı 2017-ci ildən Orta Dəhlizin aktiv iştirakçı və qurucularındandır. Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan limanlarından keçməklə formalaşan əsas marşrutun fəaliyyətinin təmin edilməsi ilə yanaşı, ölkəmiz bu dəhlizin şaxələndirilməsi və alternativ qollarının da formalaşdırılması üzrə əsas təşəbbüskar tərəf olub. Belə ki, tranzit yüklərin Gürcüstan limanlarına paralel olaraq Türkiyə üzərindən də Avropaya və açıq dənizlərə daşınmasını gerçəkləşdirmək məqsədilə Azərbaycan tərəfinin, xüsusilə də ADY-nin fəal və birbaşa iştirakı ilə Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti inşa edilərək 2017-ci ildə açılışı olub. Bununla yanaşı, 2024-cü ildə Azərbaycanın təşəbbüsü ilə Orta Dəhlizin Xəzərin şərq sahilində daha bir qolunun – Çin, Tacikistan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Xəzər dənizindən keçməklə – formalaşdırılması məqsədilə sentyabr ayında Bakı şəhərində “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması işlərinə başlanılıb. Bu dəhlizlərin fasiləsiz, etibarlı və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında üçtərəfli (“Middle Corridor Multimodal” LTD) və ikitərəfli (“BTKI Railways” LLC) birgə müəssisələr yaradılıb.
Bundan başqa, Horadiz–Ağbənd layihəsinin tamamlanması, Naxçıvan Muxtar Respublikası (MR) və Türkiyə arasında yeni dəmir yolu xəttinin çəkilməsi, Naxçıvan MR ərazisində dəmir yolu şəbəkəsinin modernləşdirilməsi və MR ilə respublikamızın digər hissəsi arasında dəmir yolu əlaqəsinin təmin edilməsindən sonra Orta Dəhlizin daha bir qolu da formalaşacaq.
ADY tərəfindən beynəlxalq tərəfdaşlarla aparılan davamlı və fəal danışıqlar nəticəsində Orta Dəhliz vasitəsilə tranzit daşımaların sürətinin və səmərəliliyinin artırılması üçün konteyner daşımalarının həcmi və payı ildən-ilə yüksəlir. 2024-cü il bu baxımdan əhəmiyyətli nəticələrlə yadda qalıb. Küçən ilin mart ayında Çinin Sian şəhərindən Orta Dəhlizlə Bakıya cəmi 11 günə çatan ilk konteyner blok-qatarı ölkəmizin tranzit fəaliyyətində yeni mərhələ açıb. Davamlı tədbirlər, görüşlər və razılaşmalar sayəsində ötən il Çindən Azərbaycana 358 konteyner blok-qatarı (artıq onlardan 287-si qəbul edilib) göndərilib ki, bu da Orta Dəhlizlə yükdaşıma həcminin artdığını və Azərbaycanın beynəlxalq nəqliyyat sistemindəki rolunun daha da gücləndiyini göstərir. 2024-cü il ərzində bu dəhlizlə Çindən daşınan yüklərin həcmi 27 min konteyneri keçib. Bu, 2023-cü ilin göstəricilərini 25 dəfədən çox üstələyir. İnfrastruktur imkanlarımız bu il 1000 və 1000-dən artıq blok-qatarın Azərbaycan ərazisi ilə daşınmasına imkan verir.
Orta Dəhlizin tək Şərq – Qərb marşrutu kimi yox, həm də Qərb – Şərq nəqliyyat arteriyası kimi inkişafını dəstəkləmək məqsədilə 2024-cü ilin noyabr ayında Bakıdan dəmir yolu ilə ilk ixrac yükü Çinə göndərilib. Bununla da yerli sahibkarlara öz yüklərini Orta Dəhlizlə birbaşa Çinə göndərmək imkanı yaradılıb.  
Qeyd edək ki, Orta Dəhlizin əsas komponentlərindən biri olan Bakı–Tbilisi–Qars (BTQ) xəttinin imkanlarının genişləndirilməsi məqsədilə aparılan modernləşdirilmə işlərinin sürətləndirilməsi və yekunlaşdırılması üçün xətt vasitəsilə yükdaşımalar 2023-cü ilin may ayında müvəqqəti olaraq dayandırılmışdı. İşlərin sürətləndirilməsi sayəsində 2024-cü ildə BTQ dəmir yolunun Gürcüstan hissəsində modernləşdirmə işləri tamamlanıb və illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb. 
Ümumiyyətlə, bütün qeyd edilən layihələr 2024-cü ildə ADY-nin Müşahidə Şurasının təsdiqlədiyi “Azərbaycan Dəmir Yollarının 2030-cu ilədək strateji inkişaf istiqamətləri” sənədi ilə müəyyənləşdirilən uzunmüddətli strategiyanın icrası çərçivəsində həyata keçirilir və qurumun qarşıya qoyduğu hədəflərə nail olmağa xidmət edir. Əsas strateji hədəf Azərbaycan ərazisindən keçən Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin səmərəli istifadə edilməsinə nail olmaqla ölkəmizin beynəlxalq nəqliyyat qovşağına çevrilməsinə önəmli töhfə vermək, 2030-cu ilədək tranzit daşımaların illik həcmini 2-4 dəfə artırmaqdır.
Bu məqsədlə ADY fəaliyyətində əsas strateji yüklərin daşınmasına prioritet verilməsi, müştərilərlə işin səmərəli təşkili, dinamik tariflərin və səmərəli endirim mexanizmlərinin tətbiqi, rəqəmsallaşma və optimallaşdırma, təchizat zənciri fəaliyyətinin genişləndirilməsi, yeni xidmətlərin göstərilməsi və yeni bazarlara çıxış, xarici tərəfdaşlarla əməkdaşlıq platformalarının – assosiasiya, konsorsium və birgə müəssisələrin qurulması istiqamətlərində strateji təşəbbüslərin həyata keçirilməsi  nəzərdə tutulur.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Yanvar 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see143

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see141

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see140

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see137

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see133

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see131

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see128

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see128

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see125

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see125

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see124

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see122

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see120

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see116

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see116

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see116

Kikboksçuların iştirakı ilə Ulu Öndərə həsr olunmuş xatirə turniri keçirilir FOTOLAR

13 Aprel 2025 14:13see114

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see113

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see113

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri