Icma.az
close
up
RU
Füzuli Məmmədov Karvan üzərində qələbəni şərh etdi: Hesab böyük ola bilərdi

Füzuli Məmmədov Karvan üzərində qələbəni şərh etdi: Hesab böyük ola bilərdi

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

1-ci Liqanın son turunda öz meydanında "Karvan"ı qəbul edən "Mingəçevir" 2:1 hesablı qələbə qazanaraq azarkeşlərini sevndirdi. Füzuli Məmmədovun baş məşqçi postuna təyin edilməsindən sonra adından söz etdirən "şəhərlilər" bu qələbə sayəsində xallarının sayını 35-ə çatdıraraq turnir cədvəlinin 4-cü pilləsinə yüksəldilər. Mərkəzi aran təmsilçisinin çalışdırıcısı ilə əlaqə saxlayıb qələbəni dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Karvan" elitaya vəsiqəni təmin etmiş komandadır. Bu rəqiblə oyuna da digər matçlara olduğu kimi, səylə hazırlaşmışdıq. Rəqibin heyətində səviyyəli futbolçuların sayı çoxdur. Həftə ərzində "Karvan"ı ətraflı şəkildə təhlil etmişdik və təbii ki, futbolçulara onların zəif və güclü cəhətləri barədə məlumat verilmişdi. Xüsusi şəkildə qeyd edim ki, rəqibin cinahlarında yer alan Bəhruzun və Kinqsin təhlükəli futbolçular olduqlarından və bizə problem yarada biləcəklərindən xəbərdar idik. Bəhruz müdafiənin arxasına top istəyən oyunçudursa, Kinqsin fərdi texniki bacarıqları yüksəkdir. Hərçənd "Karvan"ın zəif cəhətləri də yox deyildi. Məsələn, müdafiədə müəyyən boşluqlar buraxacaqlarını təxmin edirdik. Necə hücum quracağımızı, hansı halda necə davranacağımızı müəyyənləşdirmişdik. Yəni bu görüş üçün A, B və C planlarımız hazır idi. 

Oyundan öncə də dediyim kimi, meydana qələbə üçün çıxmışdıq. İlk hissədə iki real qol şansından istifadə edə bilmədiksə, ikinci yarıda üç yüzfaizli imkanı qaçırdıq. Fasilədən sonra rəqib qapıçı Kamran İbrahimovun iki seyvini də vurğulamalıyam. Yekunda 2:1 hesablı qələbə qazanaraq istəyimizə çatdıq. Hesab böyük ola bilərdi, amma qələbə həmişə qələbədir. Nəticədən məmnunuq. Çempionatın son oyununda verilən tapşırıqları yerinə yetirdiklərinə, əzmkarlıq göstərdiklərinə görə hər birinə təşəkkür edirəm. Bizi ev və səfər oyunlarımızda tək qoymayan azarkeşlərimizə, rəhbərliyə, məşqçilər korpusuna, klubun bizimlə eyni məqsəd uğrunda çalışan bütün əməkdaşlarına minnətdaram. Artıq növbəti mövsümün komandasını qurmağa çalışacağıq. Gələn mövsüm daha iddialı olacağıq".

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://fanat.az
archiveBu xəbər 23 May 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri