Icma.az
close
up
RU
Füzuli Məmmədov Masazırdakı sensasiyanı belə şərh etdi

Füzuli Məmmədov Masazırdakı sensasiyanı belə şərh etdi

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misli Premyer Liqasının 2-ci turu gözlənilməz nəticə ilə yadda qaldı. Elitanın debütantı "İmişli" səfərdə iddialı rəqibi "Sabah"ı 1:0 hesabı ilə məğlub etdi. Tanınmış məşqçi Füzuli Məmmədovla əlaqə saxlayıb Masazırda qeydə alınan sensasiyanı şərh etməsini xahiş etdik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Gözlənilən bu idi ki, "İmişli" birinci zonada kompakt müdafiə olunub rəqibini əks-hücumlarda tutmağa, "Sabah" isə daha çox üçüncü zonada vaxt keçirərək qol vurmağa çalışacaq. Belə də oldu.  Sabah topu sağa-sola çevirərək boşluqlar axtarırdı. Top itdikdə Xaybulayev dərhal pressinq edərək qonaqların hücumunun inkişaf etməsinə mane olur,  iki mərkəz müdafiəçisi - Stiv Solvet və İqor Noqeyra isə rəqiblərinə çox yaxın oynayırdılar. Oyun demək olar ki, 40 metrlik ərazidə gedirdi. Buna baxmayaraq, "İmişli" ilk yarıda çox təhlükəli əks-hücum qurdu və 100 faizlik qol epizodunu boşa verdi. 

Bəli, topa və oyuna nəzarət "Sabah"da idi. Mərkəzdən hücum qurmağa cəhd edir, çox zaman Kahim Parrisin cinahından rəqibin cərimə meydançasına asmalar göndərirdilər. Amma bu asmalar o qədər də təhlükəli alınmırdı. "Qanadlar"dan hücum qurarkən meydan sahiblərinin cinah müdafiəçisi rəqib müdafiəçilərin arxasına "açılsaydı", daha effektli alınardı. Digər cinahdan ümumiyyətlə "İmişli"nin cərimə meydançasına davamlı şəkildə hava topları göndərilmirdi. Təbii ki, sıx müdafiə olunan "İmişli"yə uzaqdan zərbələrlə də ciddi problem yarada bilərdilər. Lakin bunu da görmədim. İkinci hissədə "Sabah"ın oyun intizasmı itmişdi. "İmişli"nin isə özünəinamı artmış, əks-hücum cəhdləri çoxalmışdı. Belə müdafiə olunan komanda ilə oynayırsansa, driblinq bacarığı olan futbolçulardan da faydalanmalısan. Yəni bu cür görüşlərdə driblinqlə rəqibin cərimə meydançasına girmək və ya təhlükəli zonalarda cərimə zərbələri qazanmaq lazım gəlir. "Sabah"ın futbolçularının ifasında belə epizodlar da izləmədim. Bundan başqa, meydan sahibləri standart vəziyyətlər zamanı da təhlükəli deyildilər. Kornerləri yerinə yetirərkən düşünülmüş nəsə edə bilmirdilər. "İmişli"nin baş məşqçisi Jorje Kaşkilya ikinci yarıda etdiyi əvəzetmələrlə komandasının mübarizə ruhunu artırdı. Yeganə qolun müəllifi Abbas Ağazadə meydana çıxandan sonra komandasının oyununu gücləndirdi. Bir epizodda driblinqlə cərimə meydançasına girdi, daha sonra vacib qolu vurdu. Qolun ardından "Sabah"ın sonradan meydana çıxan futbolçularının daha kəsərli hücumlar yaradacaqlarını güman edirdim, ancaq belə olmadı. Yalnız Xəyal Əliyev hərkətliliyi, oyuna üzərinə götürməsi ilə diqqət mərkəzinə düşdü, qapıya zərbə endirməyə imkan tapdı. Qalanlarının "Sabah"a xüsusi faydası dəymədi. "İmişli" bu qarşılaşmada düzgün oynayıb qələbə qazandı".

Nihat 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://fanat.az
archiveBu xəbər 01 Sentyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri