Füzuli Məmmədov: Səhvləri aradan qaldırmaq üçün çox çalışırıq
Icma.az, Sportal.az saytına istinadən bildirir.
"Karvan-Yevlax" Misli Premyer Liqasının 22-ci turunda səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, qonaqların baş məşqisi Füzuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Çox çətin oyun oldu. Ciddi hazırlaşmışdıq, qalib gəlmək istəyirdik. Meydança bir az sürüşkən idi deyə, bizə çətinlik yaradırdı. Futbolçular meydanda yaxşı vuruşdular. Bizim üçün 1 xal da önəmli idi. Komandamız üçün istənilən xal vacibdir. Qalib də gələ bilərdik, uduza da bilərdik. Hər iki komandaya qarşıdakı matçda uğurlar arzulayıram.
- "Karvan-Yevlax" ən yaxın izləyicisi "Qəbələ"yə uduzmasa da, arada 9 xallıq fərq var. Sizcə, bunun səbəbi nədir?
- Səbəbi zəif oyunlarımızdır, qələbə qazanmamışıq. Mən gələndən sonra bəzi matçlarda yaxşı oynasaq da, məğlub olmuşuq, müdafiədə səhvlər buraxmışıq. İnanın ki, səhvləri aradan qaldırmaq üçün çox çalışırıq. Rəqibi təhlil edirik. Qarşıda matçlar var, çempionat bitməyib. Sona qədər mübarizə aparacağıq. Bilirəm ki, çətin olacaq. Amma məcburuq.
- Futbolçularınız çox vaxt aparırdı. Tapşırığı siz vermişdiz?
- Xeyr. İnanmıram hansısa məşqçi futbolçusuna "yerdə uzan, vaxt apar" tapşırığını versin. Elə şey yox idi. Futbolçudur da, hansısa epizodda güc sərf edir deyə, bərpa olmaq üçün belə şeylər edirlər. Amma məşqçi bu cür şey deməz.
Mirbağırağa
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:209
Bu xəbər 28 Fevral 2026 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















