Icma.az
close
up
RU
Füzuli Məmmədov kimdir?

Füzuli Məmmədov kimdir?

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Azərbaycan futbolu dedikdə göz önünə ilk növbədə “Neftçi” gəlir. Ölkəmizin flaqman komandasının 1966-cı ildə Sovet İttifaqının çempionatında bürünc medal qazanmasından sonra respublikada futbola maraq daha da artdı. Paytaxt Bakı ilə yanaşı rayonlarda da yeni klublar yaradıldı. Həmin il Mingəçevirdə də yerli futbol komandası formalaşdırıldı. Qısa zamanda bu komandanın şöhrəti ətrafa yayıldı.
Ümumiyyətlə, Mingəçevir zəngin futbol ənənəsi olan bir şəhərdir. İndi bu ənənəni şəhərin eyni adlı kollektivi- “Mingəçevir” Futbol Klubu davam etdirir. Bu klubun təməli 1966-ci ildə “Energetik” adı ilə qoyulub. 2022-ci ildə klub “Mingəçevir” FK adı ilə yenidən quruldu, müəyyən nəticələr göstərdi. Bir müddətdən sonra komandanın pis günləri başladı.
Uğursuzluq, imkansızlıq komandanın oyununa da, maddi-texniki bazasına da ciddi təsir etdi. Amma hər çətin vəziyyətdən çıxış yolu olur. “Mingəçevir” FK-nı da düçar olduğu vəziyyətdən çıxarmağı bacaranlar tapıldı.
“Mingəçevir” futbol klubunun prezidenti Rafael Bünyatov dostu, iş adamı, xeyriyyəçi Adnan Əhmədzadə ilə birlikdə Mingəçevirdə futbolun keçmiş şöhrətini bərpa etmək üçün əllərindən gələni edirlər. Yaşar Məmmədzadə adına şəhər stadionu bu şəxslərin təşəbbüsü ilə yenidən qurulur. Klub hazırda maddi-mənəvi cəhətdən dirçəlir, heyətə perspektvli oyunçular cəlb olunur.

“Mingəçevir” Futbol Klubuna yeni nəfəs verən əsas simalardan biri komandanın baş məşqçisi Füzuli Məmmədovdur. O, ölkə daxilində və xaricində bir çox komandanın formasını geyinib, bir çox komandanın məşqçisi olub.
1993-cü ildən başlayaraq “Azneftyağ”, “Neftçi”, “Prikarpatye” (Ukrayna), OİK, “ANS Pivani”, “Şəfa”, “Turan”, “Maşinsazi” (İran), “Xəzər Lənkəran”, “Simurq”, “Olimpik”, “Karvan”, “Neftçala” klublarında çıxış edib, U-18, U-19, U-21 milli komandaları və əsas yığmanın şərəfini qoruyub. İki dəfə Azərbaycan çempionu olub (1995/1996-cı illər mövsümündə “Neftçi”nin, 2006/2007-ci illər mövsümündə isə “Xəzər Lənkəran”ın heyətində). 1994/1995, 1995/1996-cı illərdə “Neftçi”, 2001/2002-də “Şəfa”, 2006/2007, 2007/2008-də isə “Xəzər Lənkəran”la ölkə kubokunu qazanıb. 2008-ci ildə “Xəzər Lənkəranın” heyətində MDB ölkələri arasında keçirilən “Birlik Kuboku”nun qalibi olub.
Futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb. “Rəvan”, “Zirə”, “İnter”, “Səbail”, “Neftçi” komandalarını yaşıl meydançaya çıxardıb.

Bu il “Mingəçevir” komandasına dəvət olunaraq baş məşqçi təyin edilib. Füzuli Məmmədovun gəlişi ilə çətin günlərini yaşayan komanda uğursuzluq zolağından çıxıb.
6 (altı) xalla turnir cədvəlinin sonuna yuvarlanan “Mingəçevir” FK Füzuli Məmmədovun kollektivə verdiyi motivasiya sayəsində Birinci Liqa birinciliyində qələbəyə sevinməyə başlayıb, qənaətbəxş nəticələrlə göstəricilərini xeyli yaxşılaşdırıb, autsayderlər çərgəsindən çıxaraq bir qədər irəliləyib.
Bu uğurda Füzuli müəllimə kömək və dəstək olan əzmkar bir kollektiv var.

Bunlar futbolçular, eləcə də məşqçilər Rəfail Əmirbəyov, Mehman Yunisov, Rauf Mehdiyev, inzibatçılar Samir Mütəllimov, Məhəmməd Məmmədov, masajçı-fizioterapevt Elcin Gülverdiyev, mətbuat katibi Elnur Qasımov, klubun baş meneceri Ruslan Həmidov və “Mingəçevir” FK rəhbərliyi, həmçinin sponsorlarıdır, Əhmədov Nurlan idarə heyyətinin sədri, Zaur Qarayev idman direktoru, Cabbar Bəbirov təhlukəsizlik əməkdaşı.
Birgə zəhmətlə ümidverici nəticələr əldə olunub, komanda öz oyununu tapıb.
Mən Mingəçevirdə olarkən şəhəri təmsil edən futbol komandanın təlim-məşq bazasına da baş çəkdim, kollektivlə tanış oldum. Əhval-ruhiyyə çox yüksək idi.
Oyunçular da, məşqçilər də, azarkeşlər də yeniliklərdən razıdırlar. Hər kəs Füzuli müəllimi təcrübəsinə, prinsipiallığına inanır. Futbol həvəskarları, peşəkar mütəxəssislər Azərbaycan futbolunda Füzuli və Xaqani Məmmədov qardaşlarının oyununu, əməyini unutmayıblar.
Sima Babayeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 28 Aprel 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri