Icma.az
close
up
RU
Füzuli Məmmədovlu Mingəçevir rəqib tanımır!

Füzuli Məmmədovlu Mingəçevir rəqib tanımır!

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Martın 12-14-ü aralığında keçirilən oyunlarla futbol üzrə ölkə çempionatının 1-ci liqasında 18-ci tura yekun vuruldu.

2-ci dövrənin sonuncu turunda qeydə alınan nəticələrin hamısı sürpriz oldu desək, yanılmarıq. Ona görə ki, ilk “üçlük”də qərarlaşan komandaların hamısı heç-heçə etdi, "Difai" böyükhesablı qələbə qazandısa, "Mingəçevir" "İmişli"nin ardından MOİK-i də yendi. 
Detallara gəlincə, “Baku Sportinq” – “İmişli” qarşılaşmasında qalib müəyyənləşmədi. Bilindiyi kimi, bu oyun paytaxt təmsilçisinin premyer-liqaya yüksəlmək şansını artıra bilməsi baxımından əhəmiyyətli idi. Qonaqlar son dəqiqədə buraxdığı qol üzündən qələbəni əldən verdi. Yenə də Fərid Namazovun komandasının bu işdən daha qazanclı çıxdığını deyə bilərik.
Növbəti qarşılaşmada “Cəbrayıl” “Difai”ni qəbul etdi. Bu görüşdə Qarabağ təmsilçisinin azı bir qazanacağını düşünmək olardı. Lakin meydan sahiblərinin 25-ci dəqiqədə azlıqda qalması hadisələrin axarını dəyişdi. 76-cı dəqiqədə “Cəbrayıl”ın daha futbolçusu meydandan qovuldu ki, ağsulular fürsətdən maksimum istifadə edib böyükhesablı qələbə qazandı. Belədə “Difai” 9-cu pillədən qurtula bilməsə də, özündən əvvəlki “Cəbrayıl”a xal hesabında çatdı.
Turun üçüncü oyununda “Karvan” “Qaradağ Lökbatan”ın qonağı oldu. Autsayder işə hesabı açmaqla başlasa da, 2-ci hissədə buraxdığı qolla ideal şansı əldən verdi. Yevlaxlıların səfərdən sərfəli nəticə ilə qayıtdığını deyə bilərik. Onsuz da Kənan Kərimovun komandasının mövqeyi üçün hansısa təhlükə yoxdu.
Zaqatalada izlədiyimiz oyunda isə “Qəbələ” büdrədi. Düzdü, “qırmızı-qaralar” matça daha fəal başladı, həmçinin hesabı açdı. Amma 2-ci hissədə buraxılan qol liderin Zaqataladan 1 xalla ayrılmasıyla nəticələndi.
Tura “Mingəçevir” – MOİK oyunuyla yekun vuruldu. “Nur şəhəri”nin təmsilçisi 88-ci dəqiqədə vurduğu qolla minimalhesablı qələbə qazandı. Öz aramızdı, Füzuli Məmmədovun komandası ardıcıl 6-cı oyunda uduzmadı. O başqa məsələ ki, “hərbçilər”in durumu da pis deyil. Ortabablar sırasında qərarlaşan komandanın yeri rahatdı. “Mingəçevir” isə xal ehtiyatını artırmağa davam etməlidi. Hələ ki, təhlükəli mövqelərdən çox uzaqlaşmayıblar…
1. Qəbələ 18 14 4 0 34-4 46
2. Karvan 18 10 4 4 38-24 34
3. İmişli 18 9 4 5 29-16 31
4. Baku Sportinq 18 7 4 7 17-22 25
5. Zaqatala 18 5 8 5 23-23 23
6. MOİK 18 6 4 8 22-31 22
7. Mingəçevir 18 5 5 8 15-27 20
8. Cəbrayıl 18 4 4 10 15-23 16
9. Difai 18 4 4 10 23-32 16
10. Qaradağ Lökbatan 18 3 5 10 20-34 14
Bombardirlər: Bəhruz Teymurov, Emil Qasımov (hər ikisi “Karvan”) – 11, Seyxan Fərəcov (İmişli) – 9.
Növbəti turun oyunları martın 27-28-də keçiriləcək: MOİK – Difai, Karvan – Baku Sportinq, Zaqatala – Qaradağ Lökbatan, İmişli – Cəbrayıl, Qəbələ - Mingəçevir.
KƏNAN BAHADIR 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Mart 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see285

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see252

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see251

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see242

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see221

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see219

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see216

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see210

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see209

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see209

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see205

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see204

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see198

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see181

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see179

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see172

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see167

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see166

Bakı Tbilisi qatarlarında yenilik 1 noyabrdan

02 Oktyabr 2026 16:12see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri