Icma.az
close
up
RU
“Füzuli Qarabağın iqtisadi mərkəzinə çevriləcək” Vüqar Bayramov

“Füzuli Qarabağın iqtisadi mərkəzinə çevriləcək” Vüqar Bayramov

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

“Bu gün Füzuli şəhəri günü qeyd olunacaq. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub”

Bu sözləri Moderator.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Millət vəkili qeyd edib ki,  1827-ci ildə əsası qoyulmuş Füzuli Azərbaycan iqtisadiyyatında və xüsusi ilə kənd təsərrüfatı məhsullarının istehsalında xüsusi paya malik olan rayonlarımızdan olub:

 “1993-cü il Ermənistan işğalı nəticəsində rayon ərazisinin çox hissəsi tamamilə dağıdılmış və ciddi ziyan dəymişdir. Füzuli rayonunun böyük hissəsinin işğal edilməsi nəticəsində 83 min 544 dinc sakin didərgin salındı.  İşğal nəticəsində Füzuli rayonuna 4 milyard manata yaxın ziyan dəymişdir. Bütövlükdə, dövlət mülkiyyətində olmuş 22 min 635 əmlak tamamilə məhv edilmişdir. 27 illik işğala məruz qalan Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb”.

Millət vəkili vurğulayıb ki, 2020-ci ilin oktyabrın 17-də işğaldan azad olunan Füzuli şəhəri Prezident İlham Əliyevin tapşırığına əsasən yenidən qurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir:

“Füzuli şəhərində artıq 3500-dən çox keçmiş məcburi köçkün məskunlaşıb. Rayonun digər yaşayış məntəqələrinin bərpası istiqamətində işlər sürətlənib. Kifayət qədər böyük iqtisadi potensialı olan Füzuli rayonu Qarabağ iqtisadiyyatının formalaşmasına və re-inteqrasiyasına xüsusi töhvə verəcək. Bu Füzuli üçün yeni bir inkişaf səhifəsinin açılması deməkdir”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Oktyabr 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri